Kiyevdə qatarlar relsdən çıxıb
Kiyev, 29 mart, AZƏRTAC
Ukraynanın paytaxtı Kiyevdə 7 yük qatarı relsdən çıxaraq aşıb.
AZƏRTAC “Ukrzaliznıtsi”nın saytına istinadla xəbər verir ki, qəza zamanı relslər sınıb. Qəzanın səbəbini araşdırmaq üçün ekspertiza təyin olunub. Qəza zamanı ölən olmayıb.
İlkin ehtimala görə, qəzaya səbəb qatarların çox yüklənməsi və relslərin bərbad vəziyyətdə olmasıdır.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev