SİYASƏT
KİYEVDƏ ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ADINI DAŞIYAN BAĞ SALINACAQDIR
Bakı, 23 yanvar (AZƏRTAC). Bu il Azərbaycanın Ukraynadakı səfirliyinin binası yaxınlığında ulu öndər Heydər Əliyevin adını daşıyan bağ salınacaqdır.
Ukrinform agentliyi xəbər verir ki, bağ Azərbaycanın Ukraynadakı səfirliyinin və Kiyev Dövlət Administrasiyasının təşəbbüsü ilə salınacaqdır. Bağda qızılgüllər, maqnoliya, Sakura ağacları, bəzək kolları əkiləcək, on qatlı şəlalə isə süni gölə töküləcəkdir. Şəlalənin ətrafı müasir sistemlə işıqlandırılacaqdır. Şəhər meriyasında əmindirlər ki, Heydər Əliyev Parkı Kiyev sakinlərinin sevimli istirahət guşəsinə çevriləcəkdir.