SİYASƏT
Klaus Von Klitzinq: Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunda bütün dünyada maraq doğuran qlobal məsələlər müzakirə edilir VİDEO
Bakı, 1 noyabr (AZƏRTAC). Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunda bütün dünyada maraq doğuran qlobal məsələlər müzakirə edilir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Forum çərçİvəsində “Texnologiyaların konvergensiyası və gələcəyin konturları: 21-ci əsrin əsas çağırışları” mövzusunda keçirilən “dəyirmi masa”nın iştirakçısı, fizika üzrə Nobel mükafatı laureatı, Almaniyanın Bərk Cisim Tədqiqatları üzrə Maks Plans İnstitutunun əməkdaşı Klaus Von Klitzinq demişdir.
Alim Forumda müzakirə edilən mövzuların spektrinin xeyli geniş olduğunu diqqətə çatdıraraq demişdir: “Alimlərə də məhz bu lazımdır. Bu yolla biz tədqiqatçılar bir-birimizin fikirləri ilə tanış ola, müzakirələr yolu ilə yeni fikirlər ortaya qoya bilərik”.
Klaus Von Klitzinq Bakı haqqında çox eşitdiyini söyləmişdir. Bildirmişdir ki, mən Almaniyada Bakıda keçirilən “Eurovision-2012” mahnı müsabiqəsini izləmiş dostlarımdan Azərbaycan paytaxtının çox maraqlı və müasir şəhər olduğunu eşitmişdim. İndi isə gəlib özüm gözlərimlə gördüm.