İQTİSADİYYAT
KOBİA və Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası arasında fikir mübadiləsi aparılıb
Bakı, 3 iyun, AZƏRTAC
Misirdə keçirilən İslam İnkişaf Bankı Qrupunun İllik Toplantısı çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının baş direktoru Ayman Sejiny ilə görüşüb.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə dövlət-özəl sektor tərəfdaşlığı sahəsində əməkdaşlığa, məlumat mübadiləsi və təcrübə səfərlərinin təşkilinə dair fikir mübadiləsi aparılıb.