ELM VƏ TƏHSİL
Kolumbiya Azərbaycanın neft sənayesindəki təcrübəsinə maraq göstərir
BANM-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bu ali təhsil ocağının rəhbər heyəti ilə keçirilən görüşə qonağa məktəbin yaranma tarixi, məqsədi və başlıca hədəfləri haqqında məlumat verilib. Rektor Elmar Qasımov bildirib ki, ali məktəbdə tədris prosesi Avropa Kredit Transfer Sisteminin şərtlərinə uyğun təşkil edilir və Böyük Britaniyanın Heriot-Vatt Universiteti ilə qurulan əməkdaşlıq münasibətləri çərçivəsində həmin universitetin tədris proqramları tətbiq olunur. Dərslərdə keyfiyyətə nəzarət, imtahanların keçirilməsi və qiymətləndirilməsi prosesi tərəfdaş universitet tərəfindən həyata keçirilir.
Qonaq Bakı Ali Neft Məktəbi ilə tanışlıqdan məmnunluq duyduğunu ifadə edib və məktəbdə qısa zamanda görülən işləri və əldə olunan uğurları yüksək qiymətləndirib. Kolumbiyada kifayət qədər karbohidrogen ehtiyatlarının olduğunu bildirən müvəqqəti işlər vəkili ölkəsinin qədim neft tarixinə malik Azərbaycandan müvafiq təcrübənin öyrənilməsinə maraq göstərdiyini qeyd edib. O, eyni zamanda, Kolumbiya universitetləri ilə BANM arasında qarşılıqlı əlaqələrin qurulmasına hərtərəfli dəstək göstərməyə hazır olduğunu diqqətə çatdırıb.
Sonra Əssəd Xose Xater Bakı Ali Neft Məktəbinin tələbələri ilə görüşüb və tədris prosesi ilə maraqlanıb.