REGİONLAR
Kolumbiya səfiri: belə səfərlər sayəsində Azərbaycanın bölgələrində gedən inkişafın canlı şahidi oluruq
Zaqatala, 29 iyun, Mustafa Dadaşov, AZƏRTAC
Mən Azərbaycana yeni səfir təyin olunmuşam. Xarici İşlər Nazirliyinin bu təşəbbüsü həqiqətən də çox təqdirəlayiqdir. Bu təşəbbüs sayəsində biz Azərbaycanın regionları ilə tanış olmaq imkanı əldə edir, bölgələrdə gedən inkişafın canlı şahidi oluruq. Ümidvaram ki, belə səfərlər yenə də davam etdiriləcək.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirləri Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndə heyətinin tərkibində Zaqatalaya səfər edən Kolumbiyanın ölkəmizdəki səfiri Luis Antonio Dimate Kardenas jurnalistlərə müsahibəsində deyib.
Bölgəyə səfərin çox maraqlı keçdiyini vurğulayan səfir bildirib ki, yerli icra strukturları ilə əlaqələrin qurulması gələcəkdə səfirliklər və rayonlar arasında istər iqtisadi, istərsə də mədəni sahədə əməkdaşlığın genişlənməsinə müsbət təsir göstərəcək.