Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Kommersant”: Ağdamın bugünkü görkəmi Qarabağın incisinə oxşamır

“Kommersant”: Ağdamın bugünkü görkəmi Qarabağın incisinə oxşamır

Moskva, 15 fevral, AZƏRTAC

“Qarabağ Azərbaycandır” sözləri bu gün Azərbaycanda ən geniş yayılmış ifadədir. Heydər Əliyev Beynəlxalq Aeroportunun binasındakı böyük ekranlarda yazılıb: “Qarabağ Azərbaycandır”. Şəhərin küçələrindəki reklam şitlərində deyilir: “Qarabağ Azərbaycandır”. Yollarda şütüyən reys avtobuslarının marşrut tablolarında yazılıb: “Qarabağ Azərbaycandır”.

Rusiyada nəşr edilən “Kommersant” qəzetində Aleksey Naumovun “Qaliblərin müharibədən sonrakı şoku. Azərbaycan müasir tarixdə ən iri hərbi qələbəyə öyrəşməyə çalışır” sərlövhəli məqaləsi dərc olunub.

AZƏRTAC həmin məqaləni təqdim edir.

X X X

Qarabağ həmişə Azərbaycanın ərazisi olub. Təkcə hüquqi mənada deyil, rəmzi mənada da belə olub: yerli mətbəələrdə mütəmadi olaraq müvafiq xəritələr çap edilib, “Şuşa” və ya “Ağdam” sözləri yazılmış yol nişanları uzun illər boyu öz yerində qalıb və səylə təzələnib.

Vəziyyət barədə əcnəbilərə də məlumat verilirdi: məsələn, Bakı bank terminallarının ekranlarında respublika ərazisinin 20 faizinin işğal edilməsi barədə ingilis dilində məlumat verilirdi. Bakının xarici aləmlə əlaqələri də əsasən Qarabağ problemi və “Dağlıq Qarabağ erməniləri”nin nəzarəti altında olan rayonları Azərbaycana qaytarmağa çağıran BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi üzərində qurulmuşdu.

Böyük mağazaların vitrinlərində, küçələrdə şaurma satılan balaca köşklərin pəncərələri arxasında, təmtəraqlı şirkətlərin binalarında da bu yaxınlarda başa çatmış müharibənin və bu müharibədə müzəffər qələbənin izlərini - Azərbaycan torpağı uğrunda döyüşə yola düşən əsgərlərin hərbi formada çəkilmiş fotoşəkillərini görmək olar.

Ölkənin yerli sakinlərinin şəkilləri ilə yanaşı sarışın saçlı oğlanların şəkilləri də tez-tez rast gəlir. “Kommersant” nəşrinin şərhçisi “Azərbaycan İctimai Televiziyası”nın binasında fəxri stenddə bir nəfərin fotoşəklini göstərərək dedi: “Bu, Dmitri Markovdur”. Başqa etnik qrupların nümayəndələrinin yerli KİV-lərdə xüsusi fərqlənməsini demək düz olmazdı, lakin belə qonşuluq ölkədə bəyan edilmiş beynəlmiləliyin ən yaxşı təsdiqidir.

Yaxın vaxtlarda baş vermiş hadisələrə daha bir sübut - küçələrdə və balkonlarda çoxsaylı bayraqlar asılmasıdır. Bu ölkədə artıq bir neçə ildir ki, Azərbaycan bayraqları asılır, amma Türkiyə bayraqlarının çoxu Qarabağ müharibəsində Türkiyənin qətiyyətli dəstəyindən sonra görünməyə başlayıb. Bəzən bu iki bayrağa Pakistanın bayrağını da əlavə edirlər və üzərində aypara şəkli çəkilmiş üç bayraq bir növ siyasi triptix təşkil edir. “Kommersant” qəzetinin apardığı rəy sorğusunda iştirak etmiş Bakı sakinləri xatırlayırlar ki, Rusiyanın fəal iştirakı ilə Qarabağda vəziyyət nizamlanandan sonra postsovet tarixində ilk dəfə Bakı küçələrində Rusiya Federasiyasının bayraqları da görünüb.

Müharibə artıq keçmişdə qalıb: Ermənistan tərəfinin “Dağlıq Qarabağın təhlükəsizlik kəməri” adlandırdığı yeddi Azərbaycan rayonu Bakının nəzarəti altına qaytarılıb. Bu quru rəqəmlərin arxasında 7,5 min kvadratkilometr ərazi dayanır. Vaxtilə həmin ərazilərdən qaçmağa məcbur olmuş 600 mindən çox insan sonradan ölkənin digər regionlarında məskunlaşıb.

Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun direktoru Nazim İmanov “Kommersant” nəşrinin müxbirinə bildirib ki, ölkə rəhbərliyi torpaqların yenidən inteqrasiya edilməsi üçün genişmiqyaslı işə başlayıb. “Prezident Administrasiyasının rəhbəri başda olmaqla 17 işçi qrupdan ibarət bütöv bir qərargah işləyir”, - deyən cənab İmanovun sözlərinə görə bu, çox mürəkkəb məsələdir, çünki ərazinin xeyli hissəsi minalanıb. Yolları nisbətən qısa müddətdə təmizləmək mümkündür, amma bütün torpaqların, o cümlədən əkin yerlərinin minalardan təmizlənməsi üçün illərlə vaxt lazım gələ bilər. Müharibədən əvvəl yerli əhalinin 60 faizinin əkinçiliklə məşğul olduğunu nəzərə alsaq, bu, son dərəcə əhəmiyyətli məsələdir.

Azərbaycan rəhbərliyi ərazilərin bərpası zamanı məhz repatriasiyaya, yəni müharibəyə qədər orada yaşamış insanların və onların övladlarının bu torpaqlara qaytarılmasına üstünlük verməyi qərara alıb. Nazim İmanov bu fikri dəqiqləşdirərək deyib: “Biz oraya 1 milyon insanın qayıdacağını nəzərdə tuturuq. Yaşayış məntəqələri iriləşdiriləcək, iqtisadiyyatın informasiya texnologiyaları kimi müasir sektorları inkişaf etdiriləcək”.

Onu da qeyd etmək lazımdır ki, cənab İmanov işğal altında olan ərazilərin iqtisadiyyatının bərpası məsələsini İkinci Qarabağ müharibəsindən xeyli əvvəl öyrənib və bu mövzuda kitab yazıb. Müzəffər Azərbaycan Ordusunun qələbəsindən sonra N.İmanovun ekspertizası əvvəllər görünməmiş dərəcədə əhəmiyyətli olub. Onun hesablamalarına görə, azad olunmuş torpaqların bərpası üçün 10 il ərzində zəruri investisiyaların həcmi 60 milyard dollara çata bilər. Hazırda Azərbaycanın ümumi daxili məhsulunun həcminin təqribən 48 milyard dollar olduğunu nəzərə alsaq, bu, fantastik məbləğdir. İqtisadçı alim deyib: “Bu məbləğin yalnız dövlət investisiyası olması zəruri deyil. Oraya ayrı-ayrı fiziki şəxslər də, Azərbaycana dost olan Türkiyə və Rusiya kimi dövlətlər də sərmayə qoya bilərlər”.

Rəsmi hakimiyyət orqanları onların qarşısına qoyulmuş iqtisadi məsələləri müzakirə edərkən daha təmkinli mövqe tuturlar. Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov rusiyalı jurnalistlərlə söhbətində deyib: “2021-ci ilin büdcəsində bu məqsədlə təqribən 2,2 milyard manat və ya təqribən 1,3 milyard dollar nəzərdə tutulub”. Nazirin sözlərinə görə, Azərbaycanın ehtiyatları sosial ödənişləri və ya digər mühüm dövlət xərclərini azaltmadan reinteqrasiya məsələsini səmərəli həll etməyə imkan verir.

Cənab Cabbarov qeyd edib ki, Azərbaycanın hakimiyyət orqanları işğaldan azad olunmuş əraziləri fəal inkişaf etdirmək, dağ-mədən sənayesi, kənd təsərrüfatı, turizm və yükdaşımalar kimi sahələr üzərində diqqəti cəmləşdirməklə özəl investisiyaları cəlb etmək niyyətindədir. Nazir belə bir ideya da səsləndirib ki, normal iqtisadi fəaliyyətin bərpası regiondakı bütün dövlətlərin, o cümlədən Ermənistanın da xeyrinə olar.

Ümumiyyətlə, “Kommersant” nəşrinin Bakıda apardığı müsahibələrin iştirakçıları ümumi fayda və qarşılıqlı mənfəət ideyası barədə tez-tez danışırdılar. Özü də bu ideya həm iqtisadiyyata - regionun normal fəaliyyətinin bərpasına, həm də siyasətə aiddir.

Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İsgəndərov deyib: “Azərbaycan rəhbərliyinin həm müharibə dövründə, həm də üçtərəfli Bəyanatın razılaşdırılması prosesində fəaliyyəti bir daha təsdiq etdi ki, əvvələn, Bakı qərarlar qəbul edilməsində müstəqildir və ikincisi, məsuliyyətli və hərəkətləri proqnozlaşdırıla bilən tərəfdaşdır”. O vurğulayıb ki, Bakı beynəlxalq hüququn, regional tərəfdaşların mənafelərinin nəzərə alınmasının tərəfdarıdır.

Diplomat daha sonra deyib: “Məhz Prezident İlham Əliyevin etibarlı və ölçülüb-biçilmiş xarici siyasət kursunun sayəsində Azərbaycan bu müharibədən sonra mühüm geosiyasi aktorların, ilk növbədə Rusiyanın və Türkiyənin regional əməkdaşlığı üçün unikal məkana çevrilir. Rusiya-Türkiyə birgə monitorinq mərkəzinin uğurlu fəaliyyətə başlaması bu fikri əyani şəkildə təsdiqləyir. Bu mərkəz Qarabağda uzunmüddətli sülhün mühüm elementi olmaqla bərabər, həm də daha geniş geosiyasi kontekstdə etimad amilidir”.

Nəşrin müsahibləri vurğulayıblar ki, Bakı Rusiya və Türkiyə ilə üçtərəfli qarşılıqlı fəaliyyətdə tərəfdaş rolunu yüksək qiymətləndirir və bu, heç kəsdən asılı vəziyyətə düşmədən, öz suverenliyini qurban vermədən regiondakı iki güclü aktor ilə uğurlu iş qurmağa imkan verir. Bundan əlavə, onlar qeyd ediblər ki, Suriya və ya Liviya barədə qarşılıqlı fəaliyyət üçün səciyyəvi olan rəqabət, qarşıdurma kimi aspektlər Moskva ilə Ankaranın qarşılıqlı fəaliyyətində “Azərbaycan keysi”nə xas deyil.

Bakıdan Tərtərə avtomobillə getmək üçün təqribən 4 saat vaxt lazımdır. Vaxtilə cəbhəyanı şəhər sayılan Tərtərin mərkəzi küçəsi göz oxşayır, lakin zahirən cəlbedici binaların demək olar ki, hər birinin zirzəmisində bomba sığınacaqları, sadə çarpayılar, taxta stullar, naqillərdən asılmış elektrik lampaları diqqəti cəlb edir. Yerli administrasiya binasının girəcəyində bütün şəhərdən toplanmış raket qırıntıları yığılıb. Müharibə dövründə döyüş sursatlarını fərqləndirməyi öyrənmiş yerli sakinlər deyirlər: “Balaca raketlər “Qrad”, böyük raketlər “Smerç”dir”.

Şəhərin hakimiyyət orqanları burada müharibə muzeyi yaratmağa hazırlaşır. Həmin muzey üçün rayondan gətirilmiş birinci eksponat - üzərində partlamamış “Smerç” raketinin səliqə ilə yerləşdirildiyi taxta stol artıq hazırdır. Müharibənin bu əyani sübutunun gətirildiyi Tərtər rayonu da atəşə tutulmaqdan zərər çəkib: Qarabağ qaçqınları üçün tikilmiş evlərin bir qisminin pəncərə çərçivələri çıxarılıb, bəzi yerlərdə bütöv məhəllələr dağıdılıb, divarlarda mərmi qəlpələri qalıb. Məktəblərə də ziyan vurulub: mərmilər məktəb binalarının damlarını dağıdıb, sinif otaqları məhv edilib. Yerli hakimiyyət orqanları təmir işlərinə başlayıblar, yerli sakinlər isə ümid edirlər ki, şəhər daha heç vaxt atəşə tutulmayacaq.

Sakinlər təəccüblə soruşurlar: Bu şəhərdə hərbi hədəflər yox idi, yaxınlıqdakı bütün yüksəkliklərə erməni silahlı qüvvələri nəzarət edirdi, onlar haraya atəş açdıqlarını yaxşı görürdülər, bəs kəndlərə atəş açmaq nəyə lazım idi? Bu suallara cavab verən yoxdur. Ona görə də azərbaycanlılarla ermənilərin tezliklə barışacağının reallığına inam çox zəifdir.

Qarabağın dağlıq və aran hissələrinin sərhədində yerləşən, bir vaxtlar çox zəngin olmuş Ağdam şəhərinə yaxınlaşdıqca bu inam tamam heçə enir. Oraya getmək asan deyil, rayonda mülki administrasiya hələ bərpa olunmayıb, polis bizi hərbi əks-kəşfiyyat xidmətinin qayğıkeş əməkdaşlarına təhvil verir. Bizim mikroavtobus hərbi “Niva” avtomobilinin ardınca gedir. Yolsuzluq şəraitinə uyğunlaşdırılmış “Niva” istehkamçılar tərəfindən hələ tədqiq edilməmiş sahələrdən yan keçməklə şütüyür. Bizim avtomobilin salonunda əyləşmiş əsgərin əlində köhnə AKC-74U silahı var.

Bu gün Ağdam antiutopiya filmi üçün çəkilmiş dekorasiyaya, Curiosity marsoxodundan çəkilmiş fotoşəkillərə, Çuryumov - Gerasimenko kometlərinə və daha nələrə oxşayır, amma Qarabağın incisinə, vaxtilə bütün SSRİ-də məşhur olan portveynin vətəninə oxşamır. Şəhərdə salamat qalmış yeganə bina Ağdam məscididir. Ağdamı işğal etmiş ermənilər bu binadan artilleriya zərbələri endirilməsi üçün nişangah kimi istifadə edirdilər. Uçmuş binaların, məsələn Çörək Muzeyinin qalıqları altında bəzən Azərbaycan dilində kiril əlifbası ilə yazılmış pannolar görünür. Belə qalıqların birində “Konstitusiyası” sözünü çətinliklə də olsa oxuya bildik. (Görünür, həmin pannoda 1978-ci il sovet Əsas Qanununun üstünlüklərindən bəhs edilirmiş).

Birinci Qarabağ müharibəsi zamanı Ağdam şəhərinin çox zərər çəkmədiyini, erməni silahlı qüvvələri tərəfindən şəhərin döyüşsüz təhvil verilməsini nəzərə alsaq, buradakı dağıntıların miqyası sarsıdıcı təsir bağışlayır. Binalar dağıdılıb, ağaclar məhv edilib, tarlalar yandırılıb. Şübhə yoxdur ki, Bakı “DQR-in təhlükəsizlik kəməri”ni sivil görkəmə qaytarmaq üçün hələ uzun müddət çalışmalı olacaq.

Hələlik çox cansıxıcı olan bu mənzərədə yeganə sabitlik adacığı Rusiya-Türkiyə monitorinq mərkəzinin ərazisidir. Azərbaycan hakimiyyət orqanları tərəfindən zərgər dəqiqliyi ilə qurulmuş bu ərazi “güzgü” siyasətinə tam müvafiqdir. Şəhərcik hər mənada bərabər olan iki hissəyə bölünüb. Bu bölgü tərəflərin bərabərhüquqlu və eyni dərəcədə yüksək hörmət sahibi olduqlarını göstərir.

Sov.İKP MK-nın Baş katibi Leonid Brejnevin məşhur “Azərbaycan iri addımlarla irəliləyir!” kəlamını bu günə də aid etmək olar.

Qarabağ müharibəsində qələbə qazanmış, regionun nüfuzlu dövlətlərindən biri kimi özünü təsdiq etmiş Bakı həm Rusiyanın, həm Türkiyənin, həm də regiondakı digər dövlətlərin əsas və ən mühüm tərəfdaşı statusunu tam təsdiqləyərək bir növ “Cənubi Qafqazın İsveçrəsi”nə çevrilib. Bu, ardıcıl taktikadır: Bakıda bunu xatırlatmağı xoşlayırlar ki, Rusiyanın və NATO-nun ali rütbəli hərbi məmurlarının görüşləri məhz Azərbaycanın paytaxtında keçirilir. Bu taktika həm diplomatik formada, həm də torpaqların qaytarılması şəklində real səmərə verir.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına və “Aramco” obyektinə hücum ediblər

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

UEFA Millətlər Liqası: Fransa Belçikanı məğlub edib

Hörmüz boğazında tanker naməlum mənşəli mərmi ilə vurulub

ABŞ Litvada hərbi baza yaradılması təklifini nəzərdən keçirəcək

Fransada liseylərdə etirazlar gərginləşir: 1000-ə yaxın şəxs saxlanılıb

Britaniya hökuməti “RAF Fairford” bazasının təhlükəsiz olduğunu bildirib

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv çəkindirmə mexanizmini aktivləşdirmək barədə razılığa gəliblər

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub

Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb

Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub

Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib

Tovuzda ata oğlunu bıçaqlayıb

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

“Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi başlayıb

Türkiyə və Azərbaycanın elm tarixinin səhifəsi: akademik Bəhram Əsgərovun parlaq yolu

Türkmən baxşı sənəti Türk dünyasının şifahi mədəni yaddaşında mühüm həlqədir

“MEK Könüllülük proqramı”: növbəti qəbul prosesində 300-dən çox müraciət daxil olub

Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır VİDEO

Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır VİDEO