KOMPLEKS TƏLİMLƏR KEÇİRİLMİŞDİR
Dağıntı və təbii fəlakətlərin nəticələri aradan qaldırılarkən insanların təhlükəsizliyini təmin etmək və onlara lazimi kömək göstərmək təcrübəsini yaymaq məqsədi ilə Gəncə vaqon deposunda kompleks təlimlər keçirilmişdir.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, təlim zamanı Gəncə mülki müdafiə qərargahının tərkibindəki idarə və müəssisələri təmsil edən 100-ə yaxın nümayəndə öz bacarığını nümayiş etdirmişdir. Azərbaycan Dövlət Dəmir Yol İdarəsinin şöbə rəisi Faiq Əhmədovun iştirakı ilə keçirilən ümumi yığıncaqda təlimlərin nəticələri geniş müzakirə olunmuşdur.