DÜNYA
“Komsomolskaya pravda v Ukraine”: Zaporojyedə erməni əcnəbilərin mobil telefonlarını oğurlamışdır
Kiyev, 23 dekabr (AZƏRTAC). AZƏRTAC xəbər verir ki, “Komsomolskaya pravda v Ukraine” qəzetinin bugünkü nömrəsində “Zaporojyedə erməni əcnəbilərin mobil telefonlarını oğurlamışdır” sərlövhəli informasiya dərc olunmuşdur.
Cibgirin ələ keçməsinə videokamera kömək etmişdir. Nəşr yazır ki, 39 yaşlı kişi kafedə “ova” çıxırmış. O, içəri girib qurbanını seçir və əlverişli məqam gözləyirmiş. Heç nədən xəbəri olmayan bu adamların fikri yayınan kimi cibgir xəlvəti yaxınlaşıb qiymətli əşyaları çəkirmiş. 39 yaşlı erməni 18 yaşlı əcnəbini bu yolla soymuşdur. Tələbə iki min qrivnalıq (təqribən 250 ABŞ dolları – AZƏRTAC) telefonunun oğurlandığını bilən kimi dərhal milisə müraciət etmişdir.
Cibgir kafedəki videomüşahidə kamerasının obyektivinə düşmüşdür. Videokamerada onun tələbənin çantasından mobil telefonu necə çıxarıb tələm-tələsik çıxışa tərəf getdiyi aydın görünür.
Nəticədə cibgir qısa bir zamanda ələ keçmişdir. Məlum olmuşdur ki, bu, əvvəllər məhkum olunmuş, Ermənistandan Ukraynaya qazanc dalınca gəlmiş əcnəbidir.
Hazırda bu erməninin başqa oğurluqlarda da əlinin olub-olmadığı yoxlanılır. Onu üç ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev