KONDOLİZA RAYS ANKARADA SƏFƏRDƏDİR
Xanım Raysın Türkiyə Baş nazirinin müavini, xarici işlər naziri Abdullah Gül ilə görüşündə regionda həyata keçirilən iri enerji layihələrinin təhlükəsizliyi və digər məsələlər müzakirə olunmuşdur. Görüşdən sonra keçirilmiş mətbuat konfransında bildirilmişdir ki, tərəflər Türkiyə-ABŞ əməkdaşlığına dair strateji planın hazırlanması barədə razılıq əldə etmişlər.
Abdullah Gül demişdir ki, görüşdə ikitərəfli əməkdaşlıqla yanaşı, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. Terrorla mübarizənin hər iki ölkə üçün mühüm olduğunu qeyd edən nazir, ABŞ-ın PKK-nı terror təşkilatı hesab edən ilk ölkələrdən biri olduğunu və bu təşkilatla mübarizədə Birləşmiş Ştatların köməyini unutmadıqlarını qeyd etmişdir. Bununla belə, terrorla mübarizədə Vaşinqtondan daha çox kömək gözlədiklərini vurğulamışdır.
Kondoliza Rays aprelin 26-da Prezident Əhməd Necdət Sezər və Baş nazir Rəcəb Tayyib Ərdoğanla görüşəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [20:48]
Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər
- 15.10.2026 [20:28]
Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək
- 15.10.2026 [19:19]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:18]
İngiltərənin cənubunda güclü quraqlıq elan edilib
- 15.10.2026 [19:00]