Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilmişdir

Bakı, 22 aprel (AZƏRTAC). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilmişdir.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Palata Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Bakı Apellyasiya Məhkəməsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin 1-ci və 2-ci hissələrinin bəzi müddəalarının şərh olunmasına dair müraciətinə baxaraq icraata qəbul edilməsi haqqında qərardad çıxarmışdır.

Müraciətə mahiyyəti üzrə, Konstitusiya Məhkəməsi Plenumunun mayın 17-nə təyin edilmiş iclasında baxılacaqdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin