Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilmişdir

Bakı, 25 aprel (AZƏRTAC). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilmişdir.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən, Şirvan Apelyasiya Məhkəməsinin Azərbaycan Respublikası CPM-nin 158.3-cü, 158.4-cü və 290.3-cü maddələrinin şərh olunmasına dair müraciətinə baxılaraq onun icraata qəbul edilməsi haqqında qərardad çıxarılmışdır.

Müraciətə mahiyyəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun mayın 19-na təyin edilmiş iclasında baxılacaqdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin