Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilmişdir

Bakı, 9 iyun (AZƏRTAC). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilmişdir.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52-ci və 90.1-ci maddələrinin, “İnzibati İcraat haqqında” Qanunun 82.1-ci və 82.2-ci maddələrinin şərh edilməsinə dair müraciətinə baxılaraq onun icraata qəbul edilməsi haqqında qərardad çıxarılmışdır.

Müraciətə mahiyyəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun iyunun 30-na təyin edilmiş iclasında baxılacaqdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin