CƏMİYYƏT
Könüllülərdən ibarət mobil işçi qrupları mütəmadi olaraq reydləri davam etdirirlər
Bakı, 29 avqust, AZƏRTAC
Binəqədi Rayon İcra Hakimiyyəti, rayon gənclər və idman idarəsi və Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının birgə təşkilatçılığı ilə əhalinin maarifləndirilməsi məqsədilə rayonda yaradılmış könüllülərdən ibarət mobil işçi qrupları tərəfindən reydlər mütəmadi olaraq davam etdirilir.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, rayonun müxtəlif ərazilərində fəaliyyət göstərən ərzaq, un məmulatları və mobil aksesuarların satışını həyata keçirən mağazalarda gənclər tərəfindən keçirilən reydlər zamanı sahibkarlar və vətəndaşlarla söhbətlər aparılıb. Onlara Operativ Qərargah tərəfindən müəyyən olunmuş qaydalara əməl edilməsinin vacibliyi izah olunub. Karantin rejiminin yumşaldılmasına baxmayaraq mütləq şəkildə tibbi maskadan istifadə etmələri, sosial məsafənin gözlənilməsi barədə xəbərdarlıq edilib.