Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Koreya Respublikasının Prezidenti Yun Sok Yoldan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan Respublikasının vətəndaşlarına səmimi təbriklərimi çatdırıram.

Diplomatik münasibətlərimizin qurulmasından ötən 30 il ərzində ölkələrimiz müxtəlif sahələrdə dostluğa əsaslanan tərəfdaşlıq münasibətləri qurmuşdur. Ölkələrimiz və xalqlarımız arasında əlaqələrin daha da inkişaf etdiriləcəyinə, mövcud dostluğun daha da möhkəmləndiriləcəyinə əminəm.

Bu xoş fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı və gələcək işlərinizdə uğurlar, Azərbaycan Respublikasına daimi firavanlıq arzu edirəm.

Hörmətlə,

Yun Sok Yol

Koreya Respublikasının Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin