KOREYA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB KİM DE ÇJUNA
Hörmətli cənab Prezident,
Koreya Respublikasının milli bayramı - Koreyanın azad olunması günü münasibətilə Sizi və xalqınızı səmimi qəlbdən təbrik edirəm.
Ölkələrimiz arasında əməkdaşlığın gündən-günə genişlənməsindən məmnunluq duyuram. Ümidvaram ki, birgə səylərlə bütün sahələrdə qarşılıqlı surətdə faydalı əlaqələr yarada biləcəyik.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Koreya xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
12 avqust 2002-ci il