KOREYA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB KİM DE ÇJUNA
Hörmətli cənab Prezident,
Tequ şəhərinin metrosunda törədilmiş yanğın nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni ürəkdən kədənləndirdi.
Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailə üzvlərinə və yaxın adamlarına dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram.
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 fevral 2003-cü il