Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Koroğlu” filmi 65 illiyini qeyd edir

Bakı, 22 oktyabr, Tatyana İvanayeva, AZƏRTAC

Hər bir xalqın epik poeziyası, şübhəsiz ki, onun ən mühüm ədəbi abidəsidir. Bu nadir əsərlər əsrlər boyu tarix və qəhrəmanlığı, Vətən sevgisini, milli adət-ənənələri tərənnüm edib. Yüz illər əvvəl bu cür hekayələr şifahi şəkildə ötürülürdü; zaman keçdikcə, onları kağıza köçürdülər və indi texnologiyanın inkişafı ilə bu qəhrəmanlıq dastanları ekranlarda canlandı...

AZƏRTAC xəbər verir ki, Azərbaycan kino tarixinin ən yaddaqalan əsərlərindən biri olan “Koroğlu” filmi 65 illik yubileyini qeyd edir. Bu ekran əsəri “Mosfilm” kinostudiyası ilə birgə istehsal olunmuş ilk tammetrajlı, genişekranlı və rəngli Azərbaycan bədii filmidir.

“Kommunist” qəzetinin 65 il əvvəl yazdığı kimi, film 1960-cı il oktyabrın 31-də kinoteatrlarda nümayiş etdirilib. Qəzet həmin il noyabrın 13-də qeyd edirdi: “Artıq bir neçə gündür ki, respublikanın kinoteatrlarında nümayiş etdirilən “Koroğlu” filminə tamaşaçılar böyük maraqla baxırlar. Bu marağın əsas səbəbi tamaşaçıların xalq qəhrəmanı Koroğluya və filmin əsasını təşkil edən məşhur “Koroğlu” dastanına olan dərin məhəbbətidir”.

Xalq qəhrəmanlıq dastanı əsasında filmə ssenari yazmaq, şübhəsiz ki, çətin yaradıcılıq işi idi. Dramaturq Sabit Rəhman həm filmin əsas personajlarının, həm də köməkçi aktyor heyətinin obrazlarını inkişaf etdirmək üçün eposda təsvir edilən hadisələrdən ən diqqətçəkən məqamları seçərək öz ssenarisini hazırlayıb, eyni zamanda, bir sıra maraqlı yeni situasiyalar əlavə edib. Tənqidçilər bu situasiyalardan bəzilərinin şübhə altına alına biləcəyini qeyd etsələr də, onlar uğurlu olub və dramaturq folklor əsasında çəkilmiş filmlərin ssenari müəllifi kimi öz layiqli yerini tutub. Bu mənada ekspozisiya və epiloq hadisələri filmin ümumi inkişafı ilə səsləşir və onunla üzvi şəkildə bağlıdır.

“Koroğlu” rejissor Hüseyn Seyidzadənin ikinci filmidir. Belə bir qəhrəmanlıq eposunun 1960-cı ildə genişekranlı rəngli formatda təqdim edilməsi, şübhəsiz ki, rejissorun peşəkar cəsarətinin nümayişi olsa da, filmin icrası ilə bağlı çətinliklər də çox erkən başladı. Moskvada S.Rəhmanın ssenarisi köklü dəyişikliklərə məruz qalıb, kastinq prosesi “o olmasın... bu olsun” prinsipi əsasında aparılırdı. “Koroğlu” dastanı məşhur adlarla öyünsə də, müasirləri qeyd edirdilər ki, aktyorlar xarakter və şəxsiyyət baxımından heç də həmişə onların obrazlarına uyğun gəlmirlər. Sanki ekran rejissorun filmin yaradılması prosesində məruz qaldığı təzyiqləri əks etdirirdi, bu, Seyidzadənin əvvəlki işlərindən fərqli idi.

Baş qəhrəmanları filmdən bir il əvvəl Moskvada “Əməkdə fərqlənməyə görə” medalı ilə təltif edilmiş Əfrasiyab Məmmədov (Rövşən-Koroğlu) və Azərbaycan SSR Xalq artisti Leyla Bədirbəyli (Nigar) canlandırıb. Hər iki artistin canlı performanslarına baxmayaraq, tənqidçilərin fikrincə, onlar personajlarının əsiri olublar. “Ədəbiyyat” qəzeti 13 noyabr 1960-cı il tarixli sayında yazırdı: “...filmdə zahiri təsirlərin və formal hərəkətlərin izlənməsi halları var”.

Bununla belə, demək lazımdır ki, rejissorun əsas obrazları tamamlamaq üçün seçdiyi qalan heyətə qoşulan mükafatlı aktyorların mükəmməl işini hamı yüksək qiymətləndirirdi. Onların arasında SSRİ Xalq artisti Mərziyə Davudova, Azərbaycan SSR Xalq artistləri Ağadadaş Qurbanov, İsmayıl Dağıstanlı, Möhsün Sənani kimi korifey sənətkarlar vardı. “Kommunist” qəzeti yazırdı: “Yaxşı seçilmiş bu aktyorlar özlərinin böyük səhnə təcrübələrinə əsaslanaraq, rollarının bütün əsas keyfiyyətlərini ustalıqla çatdırıblar və yaddaqalan obrazların bütöv qalereyasını yaradıblar”. Filmdə iki obraz – Aşıq Cünun və Alı kişi obrazlarını canlandıran Azərbaycan SSR Xalq artisti Əli Qurbanovun ifası əsl ustalıq nümunəsidir, aktyorun özü isə obraza mükəmməl uyğunlaşdırılıb.

“Ədəbiyyat” qəzeti 1960-cı il 13 noyabr tarixli sayında yazırdı: “Azərbaycan SSR Əməkdar artisti Atamoğlan Rzayev daxili ziddiyyətlərlə dolu Dəli Həsən xarakterini yaxşı təcəssüm etdirib, yaddaşlarda uzun müddət qalacaq bir obraz yaradıb”.

Azərbaycan kinosunda 150-dən çox rol oynamış Muxtar Maniyev üçün “Koroğlu” filminin çəkilişi debüt olub. O, sonralar xatırlayırdı: “Bu dastan o qədər zəngin bədii xəzinədir ki, ondan istənilən vaxt müxtəlif janrlarda sənət əsərləri yaratmaq üçün istifadə etmək olar. Filmin yaradıcı heyəti dastanın qəhrəmanlıq motivlərindən səmərəli istifadə edib. Kino yaradıcıları tamaşaçılara xalqın qəzəbini, onun gücünü təlqin etməyə çalışıblar. Filmdə Qırat, misri qılınc, Çənlibel qalası, Aşıq Cünunun sazı və sairə xalq birliyinin güc rəmzi olmaqla yanaşı, əsərin ideya məzmununu daha da dərinləşdirir. Bildiyiniz kimi, mən filmdə üç rola çəkilmişəm. Birincisi, səfir rolunu oynayan Ələddin Abbasovun qasidlərin müşayiəti ilə gəlişini göstərir və mən də o elçilərdən biriyəm. İkincisi, Qarabağın Əsgəran qalasında lentə alınan toy səhnəsində qapıçı rolunu oynayan aktyor çəkilişlərə gəlmədiyi üçün onu əvəz etməli oldum. Amma içəri girməzdən əvvəl qapıçı paltarını geyindim, makiyajı çəkdim, sonra çəkilişlər başlayan kimi Keçəl Həmzə ilə söhbətə başladım. Sonra Polad roluna uyğun aktyor tapa bilmədiklərinə görə ekran testi zamanı məni sınaqdan keçirdilər və rola təsdiq etdilər. Beləliklə, filmdə üç rol oynadım”.

Filmdə gürcü aktyorlar da çəkiliblər. Givi Toxadze “gürcü” rolunu ifa edib, Dmitri Kipiani isə Cəfər xan obrazını canlandırıb.

“Koroğlu” filmində istifadə olunan tarixi-qəhrəmanlıq janrı 1960-cı ildə Azərbaycan kinosunda bir ilk olub. Bundan başqa, filmdə o vaxt Azərbaycan SSR Əməkdar artisti Cahangir Cahangirovun musiqisi ilə yanaşı, Azərbaycan SSR Xalq artisti Şövkət Ələkbərova və həmin illərdə Azərbaycan SSR Əməkdar artisti olan Lütfiyar İmanovun ifalarında mahnılar da səsləndirilib.

“Koroğlu” filmi təcrübəli Fyodor Dobronravovla eyni komandada olan quruluşçu operator Vladimir Meybomun debüt işi olub. O, “Kommunist” qəzetinin yazdığı kimi, “təbiət mənzərələrini və studiya şəraitində çəkilmiş film ardıcıllığını lentə almaq üzrə ustalıq nümayiş etdirib”. “Mosfilm”in quruluşçu rəssamı, sovet qrafika ustası, çoxsaylı açıqca və afişaların yaradıcısı Pyotr Veremenkonun da təsirli işi qeyd olunub. Film həm də artıq böyük səhnə təcrübəsi olan, ilk azərbaycanlı qadın teatr rəssamlarından biri, Əməkdar artist Bədurə Əfqanlının kino debütü ilə əlamətdar olub. O, ekspertlərin qeyd etdiyi kimi, tarixən milli adət-ənənələrə sadiq qalan və xarakterləri baş qəhrəmanların geyimləri vasitəsilə çatdıran kostyum dizaynlarını yaradıb.

Çəkilişlərdə 1200 atlı və çoxlu sayda piyada iştirak edirdi. Zaqatala, Qax, Balakən, Kəlbəcər və Göygölün təbiət mənzərələrini əks etdirən səhnəciklər də nümayiş etdirilib. Film qızılı lalələr fonunda Azərbaycan təpələrini, hündür dağlarla əhatə olunmuş geniş yaşıl düzənlikləri bütün gözəlliyi ilə əks etdirirdi. Çəkilişlər Bakıda, Şəki Xan Sarayında, Əsgəran qalasında və Şuşada aparılıb. Çenlibel üçün konkret yer göstərilməsə də, qala ilə bağlı səhnələr həm “Mosfilm”in pavilyonunda, həm də həqiqi qalalarda çəkilib. Təbii ki, bütün bunlar montaj yolu ilə tamaşaçılara çatdırılıb, qalanın möhtəşəm mənzərəsinin inandırıcı olması təmin edilib. Pavilyonda çox vaxt canlı mənzərələr yaradılırdı. Məsələn, lalə tarlası səhnəsi və Çənlibel dağlarının dumanlı mənzərələrini əks etdirən səhnələr məhz orada lentə alınıb. Tələbkar rejissor olan Hüseyn Seyidzadə ədəbi materialın dərinliyinə xüsusi diqqət yetirirdi. O, filmdə obrazların mərkəziliyinə də böyük əhəmiyyət verirdi. Ona görə də dastana və qəhrəmanın ətrafına vacib olan hər bir detala xüsusi həssaslıqla yanaşırdı. Xatirələr göstərir ki, Qırat və Düratın seçilməsində xüsusi səylər göstərilməsə də, film üçün ən yaxşı atlar seçilib.

Müxtəlif mənbələrə görə, filmin Moskva premyerası 1961-ci il martın 28-də olub. Lakin 1961-ci il martın 18-də “Ədəbiyyat” qəzetində Daşkənddəki “Vətən” kinoteatrında “Koroğlu” filminin nümayişindən bəhs edən məqalə dərc olunub. Nümayişdən əvvəl rejissor Hüseyn Seyidzadə çıxış edərək “Azərbaycan kinorejissorları adından tamaşaçıları özbək dilində salamlayıb və “Azərbaycanfilm” kinostudiyasının yaradıcılıq planlarından bəhs edib”. Məqalədə o da bildirilirdi ki, “Film özbək dilinə dublyaj edilib. “Koroğlu” ingilis, fransız və ərəb dillərinə də “Sehrli qılınc” adı ilə ekranlara çıxıb. Bakı kinostudiyasının direktoru Muxtar Dadaşov (Azərbaycan SSR Əməkdar artisti – red.) ilə müsahibədə Bolqarıstanın “Filmovi novini” jurnalında da filmin adı məhz belə çəkilib.

Bu, filmin ekranlara çıxması ilə bağlı “Kommunist” qəzetində dərc olunan məqalədə deyilirdi: “Azərbaycan kinosu yeni inkişaf mərhələsinə qədəm qoyub və müasir kino sənətinin zəngin ənənələrinə söykənən belə mürəkkəb film yaratmaq iqtidarındadır”.

1960-cı ildə çəkilmiş “Koroğlu” filmi xüsusilə türk eposunun qorunması və təbliği kontekstində tədqiqatçıların və mədəniyyət xadimlərinin diqqətini cəlb etməkdə davam edir. Yaradıcı kollektivin dastanın qəhrəmanlıq motivlərindən səmərəli istifadə etməsi haqqında hələ 65 il əvvəl yazıldığı kimi: “Ssenari müəllifi Sabit Rəhman və Hüseyn Seyidzadə belə bir fikri tamaşaçılara çatdırmağa çalışırdılar ki, xalqın qəzəbi kimi, onun gücü, qüdrəti də tükənməzdir, heç bir zalım onlara qarşı dura, əsir edə bilməz”.

Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfərin beşinci ildönümünü qeyd etməyə hazırlaşdığımız bir vaxtda “Koroğlu” filmini təkcə o dövrün ideologiyasının təzahürü və milli kinomuzun özünəməxsus fenomeni kimi deyil, həm də xalqın qəhrəmanlıq nümunələrinin rəmzi kimi qiymətləndirmək olar.

Bu materialın hazırlanmasında Azərbaycan Dövlət Film Fondu tərəfindən təqdim edilən fotomateriallardan istifadə olunub.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

COVID-19-a yoluxmuş şəxslərin yarıdan çoxunda beş il ərzində qoxu hissi bərpa olunmayıb - TƏDQİQAT

ABŞ Qeşm adasına zərbə endirdiyini təsdiqləyib

Rutte: NATO-nun Ukraynaya silah tədarükü üçün bir neçə milyard dolları çatışmır

Fransada bahalaşmaya və aşağı əməkhaqlarına qarşı kütləvi etiraz aksiyaları keçirilib

Lənkəranda bıçaqla ehtiyatsız davranan yeniyetmə xəsarət alıb

Marmara Universitetində Türkiyə-Azərbaycan münasibətlərinin mediada işıqlandırılması müzakirə edilib

ABŞ yeni termonüvə bombası hazırlamağı planlaşdırır

UEFA Millətlər Liqası: Danimarka Norveçlə heç-heçə edib, Ukrayna Gürcüstana qalib gəlib

İsveç Ukraynaya hərbi yardımı artırır

Əziz Ələkbərli: Gülarə Əliyevanın zəngin musiqi irsinin yaşadılması mühüm əhəmiyyət daşıyır

Ukrayna “Ramştayn” formatında keçirilən konfransın nəticələrini dəyərləndirib

Rutte: NATO ölkələri Ukraynaya silah alınması üçün ABŞ-yə 10 milyard dollardan çox vəsait ödəyib

Aktoti Raimkulova: Gülarə Əliyevanın yaradıcılığı bütövlükdə Türk dünyasının mədəni sərvəti və irsidir

Salyanda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub VİDEO

Salyanda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub VİDEO

Azərbaycanın Kudo üzrə yeganə dünya çempionu ikinci dəfə Avropa çempionu olub

Tanınmış bəstəkar Gülarə Əliyevanın xatirəsi anılıb VİDEO

Tanınmış bəstəkar Gülarə Əliyevanın xatirəsi anılıb VİDEO

Rusiyada An-12 təyyarəsinin qəzaya uğraması nəticəsində 17 nəfər həlak olub YENİLƏNİB

Qazaxın kəndlərində təsərrüfat sahiblərinin və fermerlərin müraciətləri dinlənilib

MDB ölkələri terror təhlükələrinə qarşı birgə mübarizə sahəsində əhəmiyyətli təcrübə toplayıblar

Alim: Süni intellekt tarixçini əvəz etməyəcək, amma keçmişin öyrənilməsinə yanaşmanı dəyişəcək

Azərbaycan və ABŞ arasında aqrar sahədə əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

Mobil telefon uşaq üçün bir növ “təsəlli örtüyü”nə çevrilib - Neyropsixiatr Teo Kompernollenin ŞƏRHİ

Qazaxda V İdman Festivalına start verilib

Göyçayda aqrar təsərrüfatlara növbəti baxış keçirilib

Özbək xoreoqraf: Azərbaycan rəqsi ilə ən yaxın oxşarlıqlar Fərqanə məktəbində müşahidə olunur

2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisdə birinci oxunuşda qəbul edilib - YENİLƏNİB VİDEO

2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisdə birinci oxunuşda qəbul edilib - YENİLƏNİB VİDEO

“Nvidia”nın maliyyə hesabatından sonra bazar dəyərində 335 milyard dollarlıq dəyişiklik gözlənilir

Muxtar Babayev: Azərbaycan üçün su təhlükəsizliyi strateji milli prioritetdir

Ankara Dövlət Konservatoriyasında “Nizami” simfoniyası təqdim ediləcək

COP31: Azərbaycan pavilyonunda “Xəzər dənizi üzrə yüksəksəviyyəli tədbir” keçirilib

Yoxlama oyunu: Azərbaycan millisi Omana ikinci dəfə qalib gəlib

Milli Dirçəliş Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib

Futbol formasından əlfəcinədək... “Zumerlər” nəyi kolleksiya etməyi sevirlər? –  SORĞU

COP31-də ziyarətçilər 1926-cı və 2100-cü illərin iqlim şəraitini təcrübədən keçirirlər

Türk ekspert: 17 noyabr xalqın öz müqəddəratına sahib çıxmaq iradəsinin tarixə yazıldığı gündür

“Mançester Yunayted” almaniyalı futbolçunu transfer etmək istəyir

Asan yol, yoxsa sağlamlıq riski? VİDEO

Asan yol, yoxsa sağlamlıq riski? VİDEO

COP31 çərçivəsində “Antalya Okeanlar və Dənizlər Razılaşması” əldə olunub

Azərbaycanın yaşıl enerji potensialı Avropa ilə əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır - ŞƏRH

“Sıfır Atık’” Fondunun sədri: Azərbaycan və Türkiyə COP31-də ortaq ekoloji təşəbbüslərlə çıxış edir

İşəgötürənlərin gender bərabərliyinin təmin olunmasında rolu müzakirə edilib

Nyu-Yorkda Azərbaycanın Zəfər Gününə həsr olunan şahmat turniri

Britaniya İordan çayının qərb sahilində tikinti işlərində iştirak edən İsrail şirkətlərinə sanksiya tətbiq edib

Bakıdakı şadlıq saraylarında monitorinq: 47 obyektdən 41-də nöqsanlar aşkarlanıb

Bakı İqlim Fəaliyyəti Həftəsi qlobal İqlim Həftələri əməkdaşlığına qoşulub

Azərbaycan Aİ-nin Brüsseldə keçirilən nazirlər toplantısında təmsil olunub

Almaniyanın xarici işlər naziri Bakıda Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycanda inklüziv təhsilə dəstək məqsədli layihə uğurla tamamlanıb

Birgə Bəyannamə Azərbaycan-Böyük Britaniya münasibətlərində yeni mərhələnin əsasını qoyur ŞƏRH

Şərq intibah poeziyasının Xaqanı - elmi-praktik konfrans

Qubada Şimal-şərqi Azərbaycanda erkən şəhər mədəniyyəti mövzusu müzakirə olunacaq

Azərbaycanlı və almaniyalı tədqiqatçılar plastik çirklənmənin həlli yollarını araşdırıblar

“Azərpoçt”un adından istifadə edilməklə yeni fişinq kampaniyası həyata keçirilir - XƏBƏRDARLIQ

® “Bakcell” gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib

Rusiyanın “Timeweb” hostinq provayderində genişmiqyaslı nasazlıq baş verib

Azərbaycan Ordusunun Baş Qərargah rəisi gürcüstanlı həmkarı ilə görüşüb

Siyasi şərhçi: Azərbaycanın enerji və nəqliyyat sahəsindəki mövqeyi Avropa üçün strateji əhəmiyyət daşıyır

Narkotik asılılığı ilə mübarizədə ailənin rolu: İsmayıllıda valideynlərlə görüş təşkil olunub

Ukrayna Müdafiə Qüvvələri “Qazprom”un neft emalı zavodunu vurub

Bu il 310 mindən çox mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb

Mərkəzi Bankın nümayəndələri İsveçrə Milli Bankındakı effektiv iş mexanizmlərini nəzərdən keçiriblər

Zelenski: Krım körpüsü əməliyyatın yeddinci mərhələsində vurulub

İraq Türkiyəyə köhnə boru kəməri ilə neft nəqlini bərpa edib

Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib VİDEO

Prezident İlham Əliyev Almaniyanın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VİDEO

Dövlət rüsumlarının tətbiqi ilə bağlı qanunvericilikdə islahat: On doqquz sənədə dəyişiklik edilir

Beyin mərkəzləri Orta Dəhliz və Lapis Lazuli marşrutunun uzlaşdırılmasını müzakirə ediblər

“Azərpoçt” ötən il 90 milyondan çox maliyyə əməliyyatı həyata keçirib

"Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 300-ü ötüb

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

Rusiya yanacaq təminatının sabitliyi üçün neft emalı zavodlarında təmiri sürətləndirir

“Azərpoçt”un fəaliyyətində süni intellekt və avtomatlaşdırmanın tətbiqi imkanları genişlənir

Poçt şəbəkələri Azərbaycan sahibkarlarının xarici bazarlara çıxışını asanlaşdıra bilər

Alimlər xroniki iltihabın yaranma mexanizmini araşdırmaq üçün yeni alət hazırlayıblar

“İxrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyinin şamil olunacağı qeyri-neft-qaz mallarının və onların ixrac edildiyi ölkələrin (ölkə qruplarının) Siyahısı”nın, “Bir ixrac gömrük bəyannaməsi üzrə ixrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyi məbləğinin Yuxarı Həddi”nin və “İxrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyinin ödənilməsi ilə bağlı müraciət edilməsi və həmin müraciətlərə baxılması Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

UNEC süni intellekt üzrə regional mərkəzə çevrilməyi hədəfləyir

“İxrac daşıma dəstəyinin şamil olunacağı qeyri-neft-qaz mallarının və onların ixrac olunduğu ölkələrin (ölkə qruplarının) Siyahısı”nın, “İxrac və daxili daşıma dəstəyi məbləğlərinin ödənilməsi ilə bağlı müraciət edilməsi və həmin müraciətlərə baxılması Qaydası”nın və “Müxtəlif nəqliyyat növləri ilə (multimodal) daşımalar zamanı ixrac daşıma dəstəyi məbləğinin hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

AQTA əməkdaşları üçün ətraf mühit və insan hüquqları ilə bağlı təlim təşkil olunub

Aqrar Sığorta Fondu mütəxəssisləri əməkdaşlığa dəvət edir – Bölgələrdə təlimlər başlayır

Əfqanıstan rəsmisi: Azərbaycanla əlaqələrin möhkəmləndirilməsi regional əməkdaşlıq üçün yeni imkanlar yaradır

Tanınmış Formula 1 pilotu yenidən “Dakar” rallisində mübarizə aparacaq

Litva Hərbi Akademiyasının nümayəndə heyəti Azərbaycana səfər edib

“QS Dayanıqlılıq Reytinqi 2027”: UNEC liderdir

Tarixçi-alim: Azadlıq meydanında yüksələn üçrəngli bayraq milli dirçəlişimizin rəmzinə çevrilib

Əmək qanunvericiliyi müasir əmək bazarının reallıqlarına uyğunlaşdırılır

Anar Məcidov: Beynəlxalq poçt əməkdaşlığının dəyəri vətəndaş və biznes üçün yaratdığı real fayda ilə ölçülür – MÜSAHİBƏ

QUAD ölkələri liderlərinin Manilada görüşü keçirilir

Xalqın dirçəlişi onun öz gücünə inanması ilə başlayır - ŞƏRH

Azərbaycan məktəbliləri piko-peyk hazırlayacaqlar

“İpək Yolu Sığorta”nın lisenziyasının qüvvəsi məhdudlaşdırılıb

Azərbaycanın müdafiə naziri Gürcüstanın nümayəndə heyəti ilə görüşüb

Deputat: Milli Dirçəliş Günü xalqımızın azadlıq iradəsinin təcəssümüdür ŞƏRH

“Reuters”: Kennedi ABŞ-də qızılcanın nəzarətsiz yayılmasına yol verib

Gələn il üçün yaşayış minimumu ölkə üzrə 314 manat olacaq  VİDEO

Gələn il üçün yaşayış minimumu ölkə üzrə 314 manat olacaq  VİDEO

Parlament “İşsizlikdən sığorta fondunun 2027-ci il büdcəsi haqqında” qanun layihəsini birinci oxunuşda təsdiqləyib VİDEO

Parlament “İşsizlikdən sığorta fondunun 2027-ci il büdcəsi haqqında” qanun layihəsini birinci oxunuşda təsdiqləyib VİDEO

Mixail Malkin: Komanda hesabında ardıcıl üçüncü dəfə dünya çempionu olmaq böyük qürurdur

DSMF-nin 2027-ci il üzrə gəlirləri 9,2 milyard manatı ötəcək - büdcə layihəsi birinci oxunuşda təsdiqlənib

Bərpaçı: Tarixi eksponata hər müdaxilə onun taleyinə təsir edir

İKTA: İstehlakçılara göstərilən internet xidmətlərinin keyfiyyətinə daha sistemli nəzarət üçün əlavə imkanlar formalaşacaq

DSMF respublika üzrə birdəfəlik müavinətlərin ödənişini başa çatdırıb