DÜNYA
Korsikada terror aktı törədilmişdir
Paris, 24 mart (AZƏRTAC). Martın 24-də Fransada bələdiyyə seçkiləri keçirildiyi vaxt Ot-Korsika departamentinin baş şurasının rəhbəri Jan Leççuaya qarşı terror aktı törədilmişdir.
İki silahlı naməlum şəxs moteskletdə şura rəhbərinin idarə etdiyi avtomobilə yaxınlaşaraq ona odlu silahdan bir neçə dəfə atəş açmışlar. Jan Leççua aldığı güllə yaralarından elə avromobildə keçinmişdir.
Hadisə ilə bağlı yerli jurnalistlərə məlumat verən departamentin prokuroru terror aktının ölkədə keçirilən bələdiyyə seçkiləri ilə heç bir əlaqəsi olmadığını qeyd etməklə yanaşı, qətlin şəxsi münasibət zəminində baş verdiyi ehtimalını irəli sürmüşdür.
Ölkənin daxili işlər naziri Manuel Valls hadisə ilə bağlı mərhumun ailəsinə basağlığı vermiş və cinayəkarların tezliklə tapılaraq məsuliyyətə cəlb olunacaqlarını bildirmişdir.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris