İQTİSADİYYAT
Kral mükafatı internetin yaradıcılarına verilmişdir
Bakı, 27 mart (AZƏRTAC). İxtiraçılar üçün Kral mükafatı internetin tarixində ilk dəfə olaraq internetin yaradıcılarına - Tim Berners-Li, Robert Kann, Vinton Serf, Lui Puzan və Mark Andrissenə verilmişdir. Bir milyon funt sterlinq (1 190 459 manat) dəyərində olan mükafat beş laureat arasında bölüşdürüləcəkdir.
AZƏRTAC xəbər verir ki, Tim Berners-Li 1989-cu ildə Ümumdünya hörümçək torunun konsepsiyasını təqdim etmiş, R.Kann və V.Serf informasiyanın distant ötürülməsinin əsasını təşkil edən TCP/IP protokolunu hazırlamışdır. L.Puzan verilənlər paketlərinin qeydiyyatı sistemini icad etmiş, M.Andrissen isə ilk brauzer olan “Mosaic”i yaratmışdır.
Mükafat Böyük Britaniya hökuməti tərəfindən təsis edilmişdir.