Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Kreativ iqtisadiyyat: gələcək naminə innovasiyalar” mövzusunda vebinar YENİLƏNİB-2

Bakı, 26 aprel, AZƏRTAC

Aprelin 26-da Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi və Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının təşkilatçılığı ilə “Kreativ iqtisadiyyat: gələcək naminə innovasiyalar” mövzusunda vebinar keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Beynəlxalq Əqli Mülkiyyət Gününə həsr edilib. Vebinarı açan Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov tədbirin vacibliyini qeyd etməklə yanaşı, bildirib ki, Azərbaycan xalqının qədim irsi, o cümlədən ənənəvi mədəni nümunələri, bilikləri, sənətkarlığı kreativliyindən irəli gəlir. “Ümidvaram ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən siyasəti nəticəsində, xüsusən işğaldan azad edilmiş ərazilərdə salınan və kreativlikdən bəhs edən “ağıllı şəhər”, “ağıllı kənd” cərgəsinə çoxlu mədəni mərkəzlərimiz də daxil olacaq. Bunun üçün obyektiv əsaslar mövcuddur. Azərbaycanın kreativliyinin dəstəklənməsində Birinci vitse-prezident Mehriban Əliyevanın da xidmətləri əvəzsizdir. Onun Azərbaycanın yaradıcı və sənətkar təbəqəsinə, kreativ sinfinə olan qayğısı, mədəniyyətə, milli mədəni dəyərlərimizə olan diqqəti və humanitar sahədə həyata keçirilən təşəbbüsləri kreativ Azərbaycanın reallaşdırılmasında böyük rəğbətlə qarşılanır”, - deyə Agentliyin İdarə Heyətinin sədri bildirib.

Professor Kamran İmanov diqqətə çatdırıb ki, kreativ iqtisadiyyatın mahiyyətini olduğu kimi dərk etmək üçün əqli mülkiyyətin (ƏM) və xüsusən onun “Copyright” növünün yaranmasını və müasir kontekstini düzgün təsəvvür etmək çox vacibdir. Çünki kreativ iqtisadiyyat əqli mülkiyyətə əsaslanır. ƏM-in müasir konteksti nəzərəçarpan dərəcədə dəyişib, kökündə yalnız hüquqi məna deyil, üstəlik iqtisadi və sosial məna başa düşülür. ƏM-in müasir kateqoriyasında fiziki və hüquqi şəxslərin əqli fəaliyyət nəticələrinə (ƏFN) verilən yalnız müstəsna hüquqlar yox, bununla yanaşı, bilavasitə ƏFN də nəzərə alınmalıdır.

Həqiqətən, ƏM dedikdə əqli mülkiyyət hüquqlarını (ƏMH) nəzərdə tuturuq. Bu isə həmin hüquqların qorunmasına - qeyri-maddi aktivlərin qorunmasına gətirib çıxarır. Lakin ƏM-in ikili təbiətini nəzərə alaraq, bazara, kommersiya dövriyyəsinə çıxarılan ƏM-in maddi daşıyıcıda əks olunmuş nümunəsidir. Deməli, bazarda tələb və təklif kimi, əsasən hüquqlar yox, hüquqlarla şamil edilən ƏFN bilavasitə iştirak edir. Əqdlərdə isə qorunan hüquqların həcmi və verilmə qaydaları nəzərə alınır. Hüquqların özü də alqı-satqıda iştirak edə bildiyi halda əsas iqtisadi effekt hüquqlardan yox, hüquqların istifadəsi ilə satışdakı mallarla (əmtəələrlə) bağlıdır, bir sözlə, ƏFN-dən irəli gəlir.

Agentliyin İdarə Heyətinin sədri vurğulayıb ki, yeniliklərin iqtisadi amilinin kommersiyalaşması olmadığı halda innovasiyalardan söhbət gedə bilməz. Həmçinin müəlliflik hüququ nəzərə alınmadığı halda sosial effektin və kreativ industriyanın payından imtina etmiş oluruq. Odur ki, müasir ƏM institutunda iqtisadiyyat və sosiologiya fəal rol oynadığı halda hüquq (yurisprudensiya) sistem təşkili əhəmiyyətə malikdir. Dövlətimizin başçısının səyləri ilə aparılan institusional islahat bunları nəzərə alıb.

Professor Kamran İmanov vurğulayıb ki, Əqli Mülkiyyət Agentliyinin fəaliyyəti dövlətimizin başçısının uğurla apardığı islahatlara xidmət etmək, Azərbaycanın yeniləşməsi və Dördüncü Sənaye İnqilabının fəal iştirakçısına çevrilməsindədir. Agentlik əqli mülkiyyətin müasir iqtisadiyyatda rolunun artırılması və müəlliflik hüququna əsaslanan iqtisadiyyatda (kreativ iqtisadiyyatda) investisiya mühitinin yaxşılaşdırılması, əqli fəaliyyət nəticələrinin kommersiyalaşdırılması və kreativ iqtisadiyyatın ölkənin ÜDM məhsulundakı payının müəyyən edilməsi, həmçinin texnologiyaların transferinin, innovasiyalara dəstək və kommersiyalaşdırılma infrastrukturunun yaradılması ilə bağlı tədbirlər görür. Bununla yanaşı, əqli mülkiyyət hüquqlarına əsaslanan milli iqtisadiyyat sahələrinin iqtisadi göstəricilərinin daimi müşahidəsini aparır, ÜDM-də əqli mülkiyyətə əsaslanan sənayenin payını daha dəqiq dəyərləndirmək üçün müvafiq işlər görür, əqli fəaliyyət nəticələri ilə bağlı beynəlxalq reytinqlərdə ölkəmizin reytinqinin müşahidəsini həyata keçirir, təhlillər aparır və təkliflər hazırlayır.

Agentliyin İdarə Heyətinin sədri diqqətə çatdırıb ki, ümumi mənada kreativ iqtisadiyyat (Creator Economy) - mədəni, dizayn və digər art-məhsulların yaradılmasına cəlb olunan bizneslərdir. Bir sözlə, blogerlərin, illüstratorların, animatorların, altkasterlərin, musiqiçilərin, rəssamların, rəqqasların, komiks yaradanların, yazıçıların və digərlərinin məhsullarıdır.

Kreativ iqtisadiyyatın bu cür sıçrayışlı artımı və inkişafı texnoloji yeniliklərə əsaslanır. “Creator Economy” rəqəmsal iqtisadiyyat (4.0) ilə sıx təmasdadır. Çünki yaradıcılıq kompetensiyaları və kreativlik işçilərin ən vacib xüsusiyyətinə çevrilir.

“Kreativ iqtisadiyyat bu gün müasir rəqəmli iqtisadiyyata müvafiq cavab və davamıdır. Çünki bu iqtisadiyyat nəzərə çarpan səviyyədə məşğulluq və iş yerlərinin strukturuna təsirini göstərir.

Bununla da bu gün bir sıra populyar peşələr əhəmiyyətini itirərək, gündəmdə olan ixtisaslar siyahıdan çıxarılacaq.

Burada kreativ industriyaların ölkənin ÜDM-dəki payı heç də vacib deyil (dünyada bu rəqəm 2-6 faiz aralığında dəyişir), əsas odur ki, dünya iqtisadiyyatında struktur deformasiyası baş verir. Çünki müxtəlif ölkələrdə kreativ iqtisadiyyatın hesablanmasında müəyyən fərqlər mövcuddur. Əsas odur ki, məşhur Con Xopkinsin dediyi kimi, yaradıcı məhsulların tranzaksiyası təmin olunur”, - deyə professor Kamran İmanov qeyd edib.

Vurğulanıb ki, kreativ iqtisadiyyatın inkişafı üçün müvafiq şərtlər yerinə yetirilməlidir. Bu şərtləri üç hissəyə bölmək mümkündür: istehlakçılar, əmək resursları və məkan (mikromühit). İstehlakçılardan söhbət getdiyi halda əsas şərt - intellekt və maliyyə təminatıdır, yəni savadlı və təhsilli istehlakçıların olmasıdır. Əmək resursları deyildiyi halda söhbət yüksək peşəkarlıq səviyyəsindən gedir, yəni inkişaf etmiş fərdi yaradıcılıq xüsusiyyətlərindən - yaradıcılıq təfəkkürü, yeni ideyaların generasiyası və s. Nəhayət, məkan, mikromühit deyildiyi halda yüksək səviyyəli iqtisadi və texnoloji, yeni ideyalara və həllərə açıq olan zəngin institusional bazalara malik meydançalar nəzərdə tutulur.

Vebinarın açılış hissəsində çıxış edən Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının İdarə Heyətinin sədri Vasif Eyvazzadə yaradıcı sənayelərdə müasir biznes çağırışlarının (maliyyəyə çıxış, vergi, gömrük, əqli mülkiyyət, milli məzmun yaradıcılığında dəstək, bilik-bacarıqların artırılması, innovasiyalar və s.) ətraflı təhlil edilməsi, dövlət-özəl təfəfdaşlığının inkişafı, bilik-bacarıqların artırılması, effektiv sahəvi təşkilatlanma, müvəqqəti vergi güzəştlərinin və sərfəli kredit imkanlarının yaradılması, milli məzmun yaradıcılığı və istehsalın təşviqi, tələbin stimullaşdırılması və s. kimi məsələlərin həll edilməsinin zəruriliyini diqqətə çatdırıb.

Tədbirdə Bakı Dövlət Universitetinin Əqli mülkiyyət hüququ kafedrasının müdiri vəzifəsini icra edən, Ombudsman aparatının rəhbəri Aydın Səfixanlı “Gənclərin əqli mülkiyyət sahəsində ixtisaslaşması və onun iqtisadiyyatın inkişafına təsiri” mövzusunda məruzə edib. O, Əqli Mülkiyyət Agentliyi ilə əməkdaşlıq çərçivəsində Bakı Dövlət Universitetində də əqli mülkiyyət hüquqlarının qorunması və təmin edilməsi, bu sahədə yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrlara artan ehtiyacın ödənilməsi məqsədilə davamlı işlərin görüldüyünü bildirib, Hüquq fakültəsində Əqli Mülkiyyət Hüququ kafedrasının yaradıldığını, peşəkar müəllim heyətinin formalaşdırıldığını, tələbələrin əqli mülkiyyət sahəsində nəzəri və təcrübi biliklərinin inkişaf etdirilməsi üçün geniş imkanların yaradıldığını vebinar iştirakçıların diqqətinə çatdırıb.

Əqli Mülkiyyət Agentliyinin Əqli mülkiyyətin təhlili və siyasəti şöbəsinin müdiri Rüstəm Ağayev “Kreativ industriyanın inkişafı” mövzusunda məruzə edərək, kreativ məhsul və xidmətlərin əsasını müəllif hüquqlarını cəmləşdirən mülkiyyət təşkil etdiyini bildirib, 2003-cü ildən başlayaraq Müəllif Hüquqları Agentliyi, daha sonra isə Əqli Mülkiyyət Agentliyi tərəfindən ÜDM-də müəlliflik hüququ və əlaqəli hüquqlara əsaslanan sənayelərin-kreativ industriyanın payının araşdırıldığını və müvafiq hökumət strukturlarına çatdırıldığını qeyd edib və Azərbaycanda ÜDM-da kreativ sənayenin payının getdikcə artmaqda olduğunu vurğulayıb.

Daha sonra vebinar iştirakçıları müzakirə aparıblar. Müzakirələr zamanı Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun İcraçı direktoru vəzifələrini icra edən Yusif Abdullayev və AMEA-nın İqtisadiyyat İnstitutunun baş direktoru Nazim İmanov da çıxış edərək müzakirə edilən məsələ ilə bağlı fikirlərini bölüşüblər.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib

Kəngərli rayonunda müşavirə: İqtisadi müstəqillik dövlətimizin gücünü möhkəmləndirir

Milli birlik, ideoloji təhlükəsizlik və inkişaf - Qaxda qarşıda duran hədəflər müzakirə olunub

Qəbul edilən qərarların nəticələri insanların gündəlik həyatında hiss edilməlidir - Ordubadda müşavirə

Multidisiplinar rəssam: Əsərlərimdə nostaljinin fərqli tərəflərini əks etdirməyə çalışmışam

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib

Bu saata olan əsas xəbərlər

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

“Environmental Protection First” koalisiyası COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

Prezident İlham Əliyevin mesajları Qərb institutlarına ciddi xəbərdarlıq idi ŞƏRH

Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur

“Təxəyyülün köçəri ocağı”: Keçmişin izləri müasir incəsənətdə

Azərbaycanlı xanım fermer FAO-nun “100 Qadın Qəhrəmanı”ndan biri seçilib

Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Sabitlik və milli həmrəylik Azərbaycanın qarşıya qoyduğu strateji hədəflərə çatması üçün əsas şərtdir

Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibətilə Komitənin kollektivinə və paralimpiyaçılara

Gəncə Dövlət Universitetində Müstəqilliyin Bərpası Günü qeyd edilib

Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər

Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir

Vətənə sevgi, dövlətə sədaqət və milli birliyimizin qorunması hər birimizin məsuliyyətidir

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Dövlət Statistika Komitəsi son illərdə 212 mindən çox nəzarət markası sifariş edib

Mədəniyyət naziri Adil Kərimli Füzuli şəhərində vətəndaşların müraciətlərini dinləyib

Taleh Kazımov: 2027-2030-cu illərin iqtisadi gündəliyindəki struktur islahatlar şaxələndirmənin miqyasını və sürətini müəyyən edəcək

Azərbaycan regionda sülhün və sabitliyin təmin olunmasında mühüm rol oynayır - ŞƏRH

ICESCO-nun Bakı Regional Ofisi 12-ci Beynəlxalq Kitab Sərgisində xüsusi pavilyonla təmsil olunacaq

218 nömrəli yeni marşrut xətti istifadəyə verilir

Mərkəzi Bank 2026-cı və 2027-ci illər üzrə inflyasiya proqnozlarını açıqlayıb

BDU Özbəkistanın 9 universiteti ilə əməkdaşlığa başlayır

Taleh Kazımov: Bu il strateji valyuta ehtiyatımız 700 milyon dollar artıb

Nurcan Kelbuqanov: TBNM müasir, rəqəmsal, multimodal marşruta çevrilməlidir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub

Binəqədi şosesində nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək

Xankəndidə BMU ilə Özbəkistanın iki ali təhsil müəssisəsi arasında memorandumlar imzalanıb

Azərbaycan və Banqladeş arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə edilib

Çexiyada Senata seçkilərin ikinci turu keçirilir

“Şahinlərin Görüşü-2026”da iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyəti ölkəmizə səfər edib

Energetika Nazirliyində YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib

Media nümayəndələrinə standartlaşdırma mövzusunda təlim keçirilib

Efiopiyada Tiqray bölgəsinə altıaylıq keçid administrasiyası yaradılıb

Mərkəzi Bankın sədri “Global Finance”a müsahibəsində Azərbaycanın maliyyə islahatlarından danışıb