DÜNYA
Kristin Laqard Ukraynaya dair sərt bəyanat verib
Kiyev, 10 fevral, AZƏRTAC
Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristin Laqard Ukraynada təsirli islahatların həyata keçirilməməsindən narahatdır.
AZƏRTAC Ukrinform saytına istinadla xəbər verir ki, Kristin Laqard bu vəziyyətin BVF-nin Ukraynada dəstəklədiyi proqramı həyata keçirməyə təhlükə yaratdığını söyləyib. O deyib: “Mən Ukraynanın dövlət idarəçiliyinin təkmilləşdirilməsində, korrupsiyaya qarşı mübarizədə və tamahkar maraqların siyasətə təsirinin azaldılmasında nümayiş etdirdiyi zəif irəliləyişdən narahatam”.
K.Laqard bildirib ki, müvafiq sahələrdə islahatlara təkan verən mühüm səylərin olmaması nəticəsində BVF-nin dəstəklədiyi proqramın davam edəcəyini və uğurlu olacağını təsəvvürə gətirmək çətindir.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]
Rusiya hökuməti istefaya göndərilib
- 07.05.2024 [15:11]
Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək
- 07.05.2024 [14:56]
2024-cü ildə dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub
- 07.05.2024 [14:50]
Paşinyan AİB sammitində iştirak etmək üçün Moskvaya gedəcək
- 07.05.2024 [14:48]