Azərbaycan Dövlət İnformasiya Agentliyi

KUBA RESPUBLİKASI DÖVLƏT ŞURASININ SƏDRİ ZATİ-ALİLƏRİ CƏNAB FİDEL KASTRO RUSA

Hörmətli cənab Sədr,

Kuba Respublikasının milli bayramı - Azadlıq günü münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.

Əminəm ki, ölkələrimiz arasında artmaqda olan əlaqələr daim xalqlarımızın rifahına xidmət edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Kuba xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 dekabr 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin