İQTİSADİYYAT
Kulevi “Qara dəniz terminalı”nda sahilbərkitmə işləri davam etdirilir
Bakı, 20 yanvar (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Gürcüstanda idarə etdiyi Kulevi “Qara dəniz terminalı” neft-qaz sənayesində ən müasir təbiəti mühafizə təcrübəsindən istifadə edir.
ARDNŞ-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bu sahədə terminalın fəaliyyət istiqamətlərindən biri də sahilbərkitmə işləridir. Belə ki, terminalın yerləşdiyi ərazidə dəmir yolu və Kulevi limanının sahil zonası boyunca Rioni çayının sahillərini bərkitməyə ehtiyac vardır. Bu məqsədlə terminalda yerləşən hidrotexniki qurğuların qasırğa zamanı yaranan dalğalardan mühafizəsi üçün xüsusi beton konstruksiyalardan - tetrapodlardan istifadə edilir. Artıq belə tetrapodlardan 500-ü terminalda quraşdırılmışdır. Tetrapodlar terminala məxsus beton zavodunda istehsal olunur. Rioni çayı sahili boyunca dəmir yolu kənarlarının bərkidilməsi üçün bazalt daşlarından istifadə edilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]