Kür çayında meyit tapılıb
Neftçala, 4 aprel, AZƏRTAC
Kür çayının Neftçala rayonu ərazisindən keçən hissəsində kişi meyiti tapılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə saat 18 radələrində rayonun Ərəbqardaşbəyli ərazisində qeydə alınıb. Çayda aşkarlanan naməlum kişi meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Neftçala rayonu şöbəsinə təhvil verilib və şəxsiyyətinin dəqiqləşdirilməsi istiqamətində işlər davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [13:02]
“Akasiya” qadın kooperativinin uğur hekayəsi VİDEO
- 15.10.2026 [12:20]