Kür çayında su sərfi azalıb
Bakı, 3 dekabr, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə noyabr ayının üçüncü ongünlüyü üçün növbəti monitorinq keçirib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Kür çayında su sərfi noyabr ayının ikinci ongünlüyünə nisbətən saniyədə 37 kubmetr azalıb. Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində 4, Ağstafaçayda 3,2, Ağstafaçay su anbarında isə 3 dəfə yol verilən qatılıq həddini keçib.
Fenolların Araz çayı üzrə Horadizdə 2, Birinci Şahsevəndə 2,3, Bəhramtəpədə isə 2,1 dəfə yol verilən qatılıq həddini keçdiyi müəyyən edilib. Mis birləşmələri isə Kür və Araz çayları üzrə bütün məntəqələrdə norma daxilində tərəddüd edib.
Suyun oksigen rejiminin bütün məntəqələrdə sanitar norma daxilində dəyişdiyi qeydə alınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.11.2026 [16:30]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 21.11.2026 [13:03]
Sabahın hava proqnozu açıqlanıb
- 20.11.2026 [12:57]
Sabah ölkə ərazisində hava şəraiti necə olacaq? VİDEO
- 19.11.2026 [15:47]
Yağış yağacaq, leysan olacaq - XƏBƏRDARLIQ
- 19.11.2026 [13:12]
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb - PROQNOZ VİDEO
- 18.11.2026 [16:21]
COP31-in rəngarəng anları FOTOLARDA
Sabahın hava proqnozu açıqlanıb
- [13:03]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Peruda güclü zəlzələ baş verib
- [07:09]
Rusiya hərbi attaşesi Danimarkadan çıxarılır
- 20.11.2026 [23:05]
Qazaxda V İdman Festivalının açılış mərasimi keçirilib
- 20.11.2026 [22:42]
Premyer Liqa: "Sabah" səfərdə "Sumqayıt"ı darmadağın edib
- 20.11.2026 [21:40]
Lənkəranda şəhid Vüsal Kazımovun xatirəsinə boks yarışı təşkil olunub
- 20.11.2026 [20:58]
Avropanın təhlükəsizliyi üçün birgə addım: Fransa və İsveçdən hava təlimi
- 20.11.2026 [20:05]
Bu saata olan əsas xəbərlər
- 20.11.2026 [20:00]
Ağdam Şəhər Günü konsert proqramı ilə qeyd olunub
- 20.11.2026 [19:52]