ELM VƏ TƏHSİL
Kürdəmir rayonunun Köhünlü və Cəyli kənd məktəbliləri ikiqat bayram sevinci yaşamışlar
Kürdəmir, 16 sentyabr (AZƏRTAC). Kürdəmir rayonunun Köhünlü və Cəyli kəndlərində ilk dərs günü təhsil ocaqları üçün yeni binaların açılışı ilə yaddaqalan olmuşdur.
AZƏRTAC xəbər verir ki, hər iki kənddə Bilik günündə həm də yeni binaların açılış mərasimləri keçirilmişdir. Qeyd edək ki, Köhünlü kənd tam orta məktəbi üçün 220 yerlik, Cəyli kənd tam orta məktəbi üçün isə 280 yerlik ikimərtəbəli yeni tədris ocaqları istifadəyə verilmişdir. Yeni binalar tədrisin müasir standartlar səviyyəsində təşkili üçün hər cür şəraitə malikdir.
Açılış mərasimlərində çıxış edənlər son illərdə rayonda digər sahələrdə olduğu kimi təhsilin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən danışmış, təhsilin inkişafına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Mərasimlərdə Milli Məclisin deputatı Fərhad Qəribov iştirak etmişdir.