ELM VƏ TƏHSİL
Kürdəmir rayonunun Mürtülü və Xınıslı kəndlərində yeni məktəb binalarının tikintisinə hazırlıq işləri başa çatdırılmışdır
Kürdəmir, 12 sentyabr (AZƏRTAC). Kürdəmir rayonunun daha iki yaşayış məntəqəsində - Mürtülü və Xınıslı kəndlərində qəzalı vəziyyətdə olan ümumtəhsil ocaqları üçün yeni binaların tikintisinə hazırlıq işləri yekunlaşmışdır.
Rayon icra hakimiyyətinin tikinti və memarlıq şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, kəndlərdəki tam orta məktəblər üçün tikiləcək təzə binalar 180 yerlikdir. Dövlət vəsaiti hesabına inşa ediləcək tədris ocaqları ikimərtəbəlidir və hər binanın smeta dəyəri 1,1 milyon manatdır.
Müasir istilik sistemi ilə qızdırılacaq hər iki binanın tikintisinə yaxın vaxtlarda başlanacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]