İQTİSADİYYAT
Kürdəmir sakinləri üçün növbəti "Nar dünyası"satış və xidmət mərkəzləri təqdim edilmişdir
Bakı, 24 dekabr (AZƏRTAC). “Azerfon” MMC tərəfindən Kürdəmir şəhərindəki Heydər Əliyev prospekti 21/40 ünvanında "Nar dünyası" satış və xidmət mərkəzləri açılmışdır.
Şirkətdən AZƏRTAC-a bildirmişlər ki, yeni açılan satış və xidmət mərkəzlərinin əsas konsepsiyası mobil rabitə istifadəçilərinin ehtiyaclarını ödəmək üçün bir məkanda bütün xidmətləri təqdim etməkdir. Mərkəzə gələn abonentin, eyni zamanda, həm telefon danışığına görə ödəmə həyata keçirmək, müştəri xidmətlərindən istifadə etmək, yeni nömrələr əldə etmək, həm də “Nar 3G+” modemlər və mobil telefonlar kimi müxtəlif məhsulları almaq imkanı olacaqdır.
Hazırda Bakı şəhərində “Nar Mobile” tərəfindən təqdim edilən 11 yeni “Nar dünyası” satış və xidmət mərkəzi fəaliyyət göstərir. Bölgələrdə isə 24 yeni “Nar dünyası” satış və xidmət mərkəzləri olmaqla Gəncə, Bərdə, Şəmkir, Zaqatala, Tovuz, Masallı, Cəlilabad, İmişli, Biləsuvar, Siyəzən və Səlyanda da yeni açılmış mərkəzlər müştərilərə yüksək keyfiyyətli xidmət təqdim edirlər.