REGİONLAR
Kürdəmirdə ikimərtəbəli ev yanıb
Kürdəmir, 1 may, AZƏRTAC
Kürdəmirdə ikimərtəbəli fərdi yaşayış evi yanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə bu gün saat 17 radələrində rayonun Həmzə Məhərrəmli kəndində qeydə alınıb. Belə ki, kəndin sakini 61 yaşlı İlham Əbülfəz oğlu İsmayılova məxsus ümumi sahəsi 260 kvadratmetr olan ikimərtəbəli evin 212 kvadratmetri əşyaları ilə birlikdə tamamilə yanıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kürdəmir rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb və digər ərazilərə keçməsinin qarşısı alınıb. İlkin ehtimala görə yanğına elektrik xəttində yaranan qısaqapanma olub.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.05.2024 [18:18]
Laçında müntəzəm marşrut xəttləri açılıb - EKSKLÜZİV
- 06.05.2024 [17:56]
“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir
- 06.05.2024 [15:54]
Şəhid qardaşı: Otuz ildir ki, gözümüz yollarda idi
- 06.05.2024 [15:39]
Naxçıvanda “İpəkyolu Beynəlxalq Gənclər Forumu - 2024” keçirilib
- 06.05.2024 [12:54]
Qaxda Kürmükoba bayramı qeyd olunub
- 06.05.2024 [10:39]
Energetika naziri Ağcabədidə vətəndaşlarla görüşəcək
- 05.05.2024 [23:10]