REGİONLAR
Kürdəmirdə polis reyd keçirib, 22 nəfər cərimə olunub
Kürdəmir, 14 aprel, AZƏRTAC
Kürdəmirdə Baş Dövlət Yol Polis İdarəsinin və rayon polis şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları rayon ərazisində yol hərəkəti təhlükəsizliyi ilə əlaqədar reyd keçiriblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, reyd zamanı yol hərəkəti qaydalarını pozan sürücülər, eləcə də piyadalarla profilaktik söhbətlər aparılıb, onlara lazımi tövsiyələr verilib. Ümumilikdə qayda pozuntusuna yol verən 30 nəfərə yaxın piyada və sürücü saxlanılıb. Onlardan 20 piyada və 2 sürücü barəsində İnzibati Xətalar Məcəlləsinə əsasən cərimələr tətbiq olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [16:41]
Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib
- 07.05.2024 [15:15]
Naxçıvan şəhərində “Sağlam həyat” layihəsi həyata keçirilib
- 07.05.2024 [14:58]
Birinci Qarabağ müharibəsi şəhidi Elşad Qayımov Xaçmazda dəfn olunub
- 07.05.2024 [14:26]
Sumqayıtda aramsız yağan yağışın fəsadları aradan qaldırılır
- 07.05.2024 [14:19]