Kürdəmirdə sahibkarların problemləri araşdırılacaq
Bakı, 17 iyul AZƏRTAC
SOCAR “Azəriqaz” İB-nin KOBİA nümayəndəsinin iştirakı ilə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla növbəti görüşü Kürdəmir rayonunda təşkil olunacaq. Aksiya Heydər Əliyev Parkında baş tutacaq.
AZƏRTAC xəbər verir ki, “Səyyar qəbul otağı” iyulun 19-da saat 12:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.