REGİONLAR
Kürdəmirdə süni mayalandırma yolu ilə son üç ayda 799 baş buzov alınıb
Kürdəmir, 7 aprel, AZƏRTAC
Kürdəmir rayonunda heyvandarlıq kənd təsərrüfatının aparıcı sahələrindəndir və son illər mal-qaranın cins tərkibini süni mayalandırma yolu ilə daha məhsuldar heyvanlarla dəyişdirilməsi istiqamətində məqsədyönlü iş aparılır.
Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilir ki, təkcə 2021-ci ilin ilk üç ayında 1968 baş inək və düyə süni yolla mayalandırılıb, 799 baş cinsi yaxşılaşdırılmış bala alınıb.
Qeyd edək ki, rayonda hazırda 5-i əsas, 1-i yardımçı olmaqla, 6 süni mayalandırma məntəqəsi fəaliyyət göstərir. Bu məntəqələrdə təcrübəli, peşəkar mütəxəssislər işləyirlər. Doğulan hər bir buzova görə dövlət tərəfindən verilən subsidiya fermerlərin və fiziki şəxslərin inək və düyələrin süni mayalandırılmasına marağını artırıb.