Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Küveyt Dövlətinin Baş naziri Məhəmməd Sabah əl-Salim əl-Sabahdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Yenidən dost Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Fürsətdən istifadə edərək dost Azərbaycan xalqına göstərdiyiniz xidmətdə, ölkənizin tərəqqisi və rifahı istiqamətində fəaliyyətinizdə Zati-alinizə uğurlar arzulayıram. Xalqlarımız arasında mövcud olan sıx dostluq əlaqələrindən məmnunluğumuzu ifadə edərək, bu münasibətlərin ölkələrimizin mənafeyi naminə daha da inkişaf etdirilməsi ilə bağlı istəyimizi bir daha vurğulayıram.

Zati-aliləri, Sizə cansağlığı və xoşbəxtlik, Azərbaycan Respublikasına davamlı inkişaf və rifah arzulayıram.

Dərin hörmət və ehtiramla,

 

Məhəmməd Sabah əl-Salim əl-Sabah

Küveyt Dövlətinin Baş naziri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin