Küveyt Dövlətinin vəliəhdi Nəvvaf əl-Əhməd əl-Cabir əl-Səbahdan
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Dost Azərbaycan Respublikasının milli bayramı münasibətilə Zati-alinizə böyük məmnunluq hissi ilə səmimi salamlarımı və ən xoş təbriklərimi çatdırıram.
Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə müvəffəqiyyətlər diləyir, dost Azərbaycan Respublikasına və xalqına davamlı tərəqqi və rifah arzulayıram.
Dərin hörmət və ehtiramla,
Nəvvaf əl-Əhməd əl-Cabir əl-Səbah
Küveyt Dövlətinin vəliəhdi