KÜVEYT PARLAMENTİ BURAXILDI
Ötən həftə parlamentdə ölkədə seçki dairələrinin sayını 25-dən 10-dək azaltmaq haqqında qanun layihəsi müzakirə edilmişdir. Layihənin liberal və dini partiyalardan olan tərəfdarları bununla kifayətlənməyərək, dairələrin sayının 5-dək azaldılması barədə təklif irəli sürmüşlər. Onların fikrincə, bu, seçkilər zamanı saxtalaşdırma problemini həll etməyə imkan verəcəkdir.
Lakin qalan deputatlar qanun layihəsinin konstitusiyaya müvafiqliyini yoxlamaq üçün layihəni Konstitusiya Məhkəməsinə verməyi qərara almışlar. Müxalifət hesab edir ki, bu tədbir islahatın həyata keçirilməsi müddətini uzadacaqdır. Müxalifətçilər hökumətlə hər hansı əməkdaşlıqdan da imtina etmişlər.
Nəticədə əmir şeyx Sabah əl-Əhməd əl-Sabah ya ölkənin Baş nazirini istefaya göndərməli və yeni Nazirlər Kabineti təyin etməli, ya da parlamenti buraxmalı idi. Beləliklə o, parlamenti buraxmağı qərara aldı.
Əmirin təklifinə əsasən, parlamentə seçkilər iyunun 29-da keçirilməlidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [18:36]
Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır
- 12.10.2026 [18:18]