Azərbaycan Dövlət İnformasiya Agentliyi

Laçın – Zəfərin və dirçəlişin ünvanı...

Laçın, 4 iyul, Tahir Ağaməmmədov, AZƏRTAC

“Bölgələrdən AZƏRTAC üçün yazırlar”: Əməkdar jurnalist, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Firuzə Nadirin “Laçın – Zəfərin və dirçəlişin ünvanı...” məqaləsini təqdim edirik.

Düz 40 ildən sonra ilk dəfədir Laçına gedirəm. Ağdamdan, Şuşadan, Kəlbəcərdən sonra bu dəfə Laçını öpüb gözümün üstə qoyacağam...

Səfərimiz Heydər Əliyev Beynəlxalq Hava Limanından başlayır. Laçına təyyarə ilə gedirik. İlk anda yuxu kimi gəlir adama. Amma yox, yuxu deyil, bir Laçın həqiqətidir bu, bir Azərbaycan gerçəyidir!

Təyyarədə çoxlu qonaq da var: İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv dövlətlərdən, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkiyə, Türkmənistan və Özbəkistandan gəliblər. Hamımız ilk ECO Qadınlar Forumuna dəvətliyik. Proqrama dönə-dönə baxıram.

“ECO Qadınlar forumu. Dayanıqlı və iqlimə davamlı gələcəyin qurulmasında qadınların rolunun gücləndirilməsi.

2 iyul 2025-ci il. Laçın, Azərbaycan”.

Ürəyim atlanır. Heç ağlımıza gələrdimi?..

Bu fəxarəti Dəmir yumruğa, Azərbaycan əsgərinə, şəhidlərimizə, qazilərimizə borcluyuq...

Allaha şükür və dua edirəm. Dualara inanın!..

450 kilometr 45 dəqiqəyə geridə qalır...

Bu da doğma torpaq – yeni dövranını yaşayan Laçın! Sanki yenidən doğulub. İlahi, təbii gözəlliklərin məskəni! Uca dağ başında tarixi abidə! Eksponatları zəngin sərvətləri olan təbii muzey! Böyük Allahın Azərbaycan insanına bəxşişi! İndi dağların qoynunda tarixi və müasirliyi birləşdirən bir şəhərə çevrilir Laçın! 30 ildir şaxta vurmuşdu onu – donu açılıb! 30 ildir susmuşdu, dilə gəlib! Canlanıb! Gül açıb! Dil açıb! Oxuyur Laçın!..

Sevincək ona dönən, onu qucaqlayan sakinləri də oxuyur: dua oxuyur, nəğmə oxuyur. “Laçınım!” deyir. “Səni bizə qaytaranların başına dönüm” deyir!.. “Döndük cənnət qoynuna, ruhlara əyan olsun!” söyləyir...

Dua edin!.. Dualara inanın!..

...Laçın Beynəlxalq Hava Limanından avtobusla hotelə yollanırıq. Təbiət gözəldir, havada külək var, amma ciyər dolusu nəfəs alacaq qədər təmizdir. Bambaşqa bir Laçınla üz-üzəyik. Laçın möcüzəsi var qarşımızda. Dolayları qalxırıq. 30 ildir ot-ələf, kol-kos basmışdı bu yolları. İndi yamyaşıl meşələr, qollu-budaqlı ağaclar, rəngbərəng gül-çiçəklər üzə gülür. Artıq yaydı, ancaq lalələr hələ də yamaclardan yığışmayıb. Təbiət insanın gözünü sevindirir, ruhuna sığal çəkir. Yol uzandıqca fərqli füsunkarlığa malik təkrarsız mənzərələr bir-birini əvəz edir. Önümdə açılan gözəlliyə dörd gözlə baxıram. Nəğməsini doya-doya dinləyirəm Laçının. Hər addımda Zəfərin izlərini, şəhidlərimizin qəhrəmanlığını, xalqımızın əzmini, ruhunu hiss edirəm...

Elə bu anda qulağıma doğma türkcədə heyrətlə söylənən xoş bir söz gəlir: “Bu nə gözəllik böylə!.. Laçın bu mu?..”

Səs gələn tərəfə çönürəm. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova ilə yanaşı əyləşən Türkiyənin ailə və sosial xidmətlər nazirinin müavini Ləman Yenigündü bunu söyləyən. Bədahətən, “Bəyənirsinizmi, Laçını?” soruşuram. Cavab özünü gözlətmir: “Çox möhtəşəmdir!”. “Çanaqqalaya səfərimdə Laçını Çanaqqalaya bənzətmişdim” deyirəm. O isə “Əvət, əvət, çox bənzəyir...” deyərək bunu təsdiqləyir.

...Bu hissləri Çanaqqala Zəfərinin 100 illiyi ilə bağlı o müqəddəs torpağa ziyarətimdə yaşamışdım. Laçın Canaqqalaya çox bənzəyir, həm ruhən, həm zahirən, bircə Laçında dəniz yoxdur. Burada dənizi əsrarəngiz dağlar və sıx meşələr əvəz edir, Laçın zirvələrə, yaylaqlara qucaq açıb. Mən Çanaqqalanı möhtəşəm Çanaqqala Zəfərinin qüruru, eyni zamanda, Qarabağ nisgili ilə dolaşmışdım 10 il əvvəl. Səfərimiz hafizəmə böyük ağrı ilə həkk olunan mayın 18-nə, Laçının işğal gününə təsadüf etmişdi. Yenilməz Çanaqqalada idim, düşüncəmdə isə qəhrəman kişilərin yurdu Laçın idi. Onda ürəyimdə niyyət tutub, dua etmişdim. Laçının azadlığını istəmişdim Allahdan! “Laçın zəfərimiz və Laçına səfərimiz olsun tezliklə!” arzulamışdım. Sonra da elə ürəyimdə “Sevincim, kədərim, Laçınım mənim” şərqisini oxumuşdum, dua etmişdim!..

Dua edin!.. Dualara inanın!..

2014-cü ildə Laçın haqqında hazırladığım sənədli filmimə “Əsirlikdə qala qalmaz” adını vermişdim. Əsirlikdə qalmadı qalamız… Azərbaycan insanının məğrurluğu, əyilməzliyi, qəhrəmanlığı, yurd sevgisi Laçına Zəfər gətirdi...

Laçına qovuşmağa ömrü çatmayanları da xatırlayıram. 40 il əvvəl Həkərinin kənarında xalça salıb süfrə açan, süfrəyə naz-nemət düzən, bizə sevə-sevə balıq şorbası bişirən Səkinə xanım keçir xəyalımdan. Ölənədək “Laçın, Xırmanlar, Sarı baba” kəlməsi dilindən düşməyən, amma onlara yetməyən Laçın həsrətli, Laçın nisgilli İsmayıl kişini yada salıram. Və Laçınsız köçən nigaran laçınlıların əvəzindən doyunca baxmaq istəyirəm hər yerə, hər ağaca, hər çiçəyə, hər kola, hər birinin əvəzindən öpmək istəyirəm Laçını!..

Dua edirəm... Dualara inanın!..

...Amma qonaqlarımızı da, elə özümüzü də heyrətləndirən təkcə Laçının İlahi, təbii gözəllikləri deyil. Yolboyu gördüyümüz misilsiz abadlıq, quruculuq, bərpa işləri hamını dilə gətirir. Az qala hər addımda bir yeniliklə qarşılaşırsan. Bir keçmiş məcburi köçkün laçınlı xanımın dedikləri gəlir xatirimə: “Dağlar qoynunda gözəl bir gəlin idi Laçın. Savalanın sinəsinə düzülmüş evlər isə bu gəlinin boynuna asılmış mirvari kimiydi...”.

Yenə qırmızı kirəmitli evlər muncuq kimi düzülüb Laçının boynuna, yaşıllıqların arasından çiçək kimi boylanır. Hər biri insan nəfəsi ilə isinir. Eyvanlarda, həyət-bacalarda doğma sakinləri görünür. Yolboyu qarşımızdan keçən maşınlar bura həyatın qayıtdığını göstərir. Kimsə ucadan “Azərbaycanın İsveçrəsi!” deyir. Bəli, Laçına sığal çəkən məhrəm əllər Laçın acısını, dünənin ağrılarını torpağın altına gömür, Laçını yenidən ucaldır, Laçını yenidən dirçəldir, Laçını cənnətə çevirir. Dağların qoynunda çəkilən, Laçının belinə kəmər kimi dolanan körpülər, dağların sinəsini yarıb keçən tunellər diqqəti çəkir. Dövlətimizin başçısının iradəsi burada da özünü göstərir. Azərbaycan öz gücünə, heç kimdən kömək ummadan, kömək almadan işğaldan azad etdiyi torpaqlarını gülüstana döndərir. Laçın 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan olunub. Burada vaxtaşırı keçirilən musiqi festivalları, sərgilər, folklor gecələri Laçının cazibəsini, şəhərin ehtişamını daha da artırır.

Avtobuslarımız Həkəri çayının kənarında dayanır. Hamı Həkərinin yanında şəkil çəkdirməyə can atır. Burada bizi çaya da qonaq edirlər...

Bu da Laçının dağ zirvəsində yerləşən “Laçın” istirahət mərkəzi. Prezident İlham Əliyevin bu il mayın 27-də açılışını etdiyi bu müasir kompleksdə şərait mükəmməl, rahat, komfortludur. İşçiləri də mehriban, gülərüz və nəzakətlidirlər. İstirahət mərkəzi eyni vaxtda, ümumilikdə, 324 nəfər qonaq qəbul edə bilir. Burada işgüzar görüşlər, konfranslar və s. tədbirlərin keçirilməsi üçün müasir avadanlıqlarla təchiz edilmiş 500 nəfərlik tədbir, 340 nəfərlik ziyafət zalı, 100 nəfərlik konfrans zalı və toplantı otağı da var.

“ECO həftəsi” çərçivəsində “Dayanıqlı və iqlimə davamlı gələcəyin qurulmasında qadınların rolunun gücləndirilməsi” mövzusunda ilk ECO Qadınlar forumu da burada keçirilir. Laçın Prezident İlham Əliyevin təşəbbüsü ilə gerçəkləşən mühüm beynəlxalq tədbirə ev sahibliyi edir. Burada müzakirə olunacaq məsələlər, aparılacaq müzakirələr öz yerində, amma onun ən böyük tarixi əhəmiyyəti də elə bundadır: forum Zəfərin və dirçəlişin ünvanında – Laçın şəhərində keçirilir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova qonaqları salamlayır. “İlk dəfə olaraq “ECO həftəsi”nin və Qadınlar forumunun Şərqi Zəngəzur iqtisadi rayonunda keçirilməsi tarixi hadisədir” deyir. Əlavə edir ki, “Qadınların iqtisadi imkanlarının və sosial rifahının artırılması cəmiyyətin ümumi inkişaf səviyyəsinin göstəricisidir. Azərbaycan bu sahədə mühüm təşəbbüslərlə çıxış edir və müsbət təcrübəsini paylaşmağa hazırdır”.

ECO-nun Baş katibinin müavini Silapberdi Nurberdiyev ev sahibliyinə və forumun yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirir.

Üç paneldə iqlimə dayanıqlılıq üçün insan inkişafında, şəhərsalmanın inkişafında, dayanıqlı inkişafda qadınların rolu ilə bağlı çıxışlar dinlənilir, maraqlı təkliflər səsləndirilir. Vurğulanır ki, qadınlar yalnız ailə və icma rifahında deyil, həm də insan inkişafının əsas sahələri – təhsil, sağlamlıq, yaşıl bacarıqlar və iş yerləri, uşaqlar və gənclər, həmçinin dayanıqlı şəhər inkişafı sahəsində də mühüm rol oynayırlar. Onlar, həmçinin ətraf mühitin qoruyucuları, davamlılığın əsas dayağı və iqlim həllərinin təşəbbüskarlarıdır. Bir sözlə, qadınların cəmiyyətin bütün sahələrində tam təmsilçiliyi olmadan davamlı inkişaf mümkün deyil. Forum güclü sabahlar üçün ECO-ya üzv dövlətlərdə qadınların iqtisadi, sosial və institusional inkişafda rolunu gücləndirməyi və tanıtmağı hədəfləyir. Bu tədbir ECO-ya üzv dövlətlərin təcrübələrini bölüşməsi, həm də beynəlxalq təşkilatların töhfə verməsi baxımından mühüm platformaya çevrilir.

Prezident İlham Əliyevin təşəbbüsü ilə Laçında keçirilən ECO Qadınlar forumu aktuallığı ilə yanaşı, mükəmməl təşkilatçılığı ilə də yadda qaldı. ECO-nun Baş katibi Əsəd Məcid Xanın fikri ilə desəm, “ECO həftəsi” çərçivəsində keçirilən tədbirlər Prezident İlham Əliyevin siyasi iradəsinin, qətiyyətinin, Azərbaycanın müstəqilliyinin, suverenliyinin sarsılmazlıq nümunəsidir.

Türkiyənin ailə və sosial xidmətlər nazirinin müavini Ləman Yenigünün bir fikrini də xatırlatmaq istəyirəm: “Qarabağın qəlbində bizi bir araya gətirdiyiniz üçün sağ olun!..”.

Mən bu tərifi dua kimi qəbul edirəm...

Laçın indi təkcə şəhər deyil, həm də Azərbaycanın qüdrətinin, xalqımızın əzminin və gələcəyə inamının simvoludur. Laçına getmək sadə səfər deyil. Bu, tarixlə görüşdü, şəhidlərimizin ruhuna ehtiramdı, sabaha inamdı...

Dua edirəm. Dualara inanın...

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

AK Parti rəsmisi: Azərbaycan–Türkiyə qardaşlığının gələcək nəsillərə ötürülməsi ən mühüm vəzifələrimizdəndir

“Starship” təkrar istifadə edilən raket sınağından uğurla keçib və orbitdən eniş meydançasına qayıdıb

Ege Universitetinin rektoru: Azərbaycan universitetləri ilə daha sıx əməkdaşlıq etməyə hazırıq VİDEO

Ege Universitetinin rektoru: Azərbaycan universitetləri ilə daha sıx əməkdaşlıq etməyə hazırıq VİDEO

İordaniya məhkəməsi kilsədə terror aktı törədən üç nəfəri edam cəzasına məhkum edib

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi – ŞƏRH

Sabah Bakıda və rayonlarda yağış yağacaq VİDEO

Sabah Bakıda və rayonlarda yağış yağacaq VİDEO

Rəsmi Tehran Körfəz ölkələrini ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarına logistik dəstək verməkdə ittiham edib

“The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir

Bu saata olan əsas xəbərlər

Balakəndə əlilliyi olan şəxslərin əl işlərinin satış-sərgisi olub

Tədqiqat: Dünyanın bütün regionları 1,5°C istiləşmə həddinə yaxınlaşır

Bəhreyn İranın bir neçə hava hücumunun qarşısını aldığını bəyan edib

ÜST Avropanı əqli sağlamlığı iqlim fəaliyyətinin bir hissəsinə çevirməyə çağırıb

FHN təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı maarifləndirmə tədbirləri keçirib

Fələstin Dövlətinin Prezidenti Zati-aliləri cənab Mahmud Abbasa

Şəkidə gənclər arasında intellektual yarış keçirilib

APEC-in zirvə toplantısında 12 lider iştirak edəcək

Birjalarda qızıl bahalaşıb, gümüş ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

İsmayıllı “DOST Evi”nin 3 illik fəaliyyəti: 150 vətəndaşa xidmət, 80-dən çox layihə

SEPAH Hörmüz boğazında iki neft tankerinin minaya düşdüyünü açıqlayıb

İranda dəhşətli avtobus qəzası: 11 ölü, 19 yaralı

Ərəb Koalisiyası Ər-Riyada atılan iki ballistik raketi zərərsizləşdirib

Peskov Avropa nümayəndə heyətinin Moskva ilə təmas qurmadığını bildirib

Fransa Prezidenti Avropanın gələcək təhlükəsizlik sistemində Ukrayna və NATO-nun rolunu vurğulayıb

CENTCOM Hörmüz boğazından neft daşınması ilə bağlı hesabat yayıb

Vaşinqton Avropadan 25 min deyil, cəmi 5 min əsgər çıxarmağı planlaşdırır

Rusiya Böyük Teatrı 250 illik yubileyinə özəl səhnə əsərləri hazırlayıb

“SpaceX” tarixi uğura imza atdı: "Starship" gəmisi ilk dəfə "Mechazilla" platforması ilə tutuldu

ABŞ Prezidentinin nümayəndəsi: NATO Avropa təhlükəsizliyinin əsas dayağı olaraq qalacaq

İtaliyada məxfilik pozuntusuna görə "Meta" şirkətinə rekord cərimə tətbiq olunub

UEFA Millətlər Liqası: V turun oyunları çərçivəsində 8 qarşılaşma baş tutub

Kuşner Ukrayna üzrə son danışıqlarda yeni həll yollarının ortaya çıxdığını açıqlayıb

Norveçdə quş qripinin yayılması ilə əlaqədar 13 min quş məhv ediləcək

Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

ABŞ-də uçuşların dayandırılmasına səbəb olan nasazlığın kiberhücum olmadığı açıqlanıb

Azərbaycanın siyasi tarixinə həkk olunan Dublin Sammiti - ŞƏRH

Alimlər vikinqlərin genetik mənşəyi ilə bağlı gözlənilməz faktı üzə çıxarıblar

Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər

Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

Antalyada Türkiyənin İqlim Məktəbi açılıb

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub

Tələblərimiz yerinə yetirilməyib : “Sarı jiletlilər” yeni aksiyaya hazırlaşır

Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb

Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər

“Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir

"Meta" 805 milyon avro məbləğində cərimələnib

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Qazax politoloq: Prezident İlham Əliyevin Dublin Sammitində iştirakı Avropa ilə əməkdaşlıq üçün yeni imkanlar açır

Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq

Dublin Sammitində keçirilən görüşlər Azərbaycanla dialoqa olan marağın ifadəsidir - ŞƏRH

Elnur Rüstəmzadə: “Sea Breeze” ərazisində nar bulvarı salınıb

Təranə Muradova: Nar ölkəmizin milli mədəniyyətinin zənginliyini simvolizə edir

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Avropanın siyasi xəritəsində Azərbaycanın artan rolu və strateji tərəfdaşlığın perspektivləri ŞƏRH

Naxçıvanda müasir suvarma infrastrukturu qurulur

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır - ŞƏRH

Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub

Uşaq hüquqlarını qoruyaq: Tovuzda maarifləndirici tədbir

Bakıda Argentina Mədəniyyəti Günü qeyd olunub

Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb

COP31-in iştirakçıları Azərbaycanın uşaqlarla bağlı dövlət siyasəti haqqında məlumatlandırılıb

Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin xatirəsi yad edilib

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

AKTA-nın təhsil istiqamətində fəaliyyətinə dair tədbir baş tutub

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

İB sədri: Milli dəyərlərin və tarixi kimliyin gələcək nəsillərə sağlam şəkildə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir

COP31-dəki Azərbaycan pavilyonunda universitetlərin davamlı inkişafda rolu müzakirə edilib

Vətən müharibəsi şəhidi Nurəddin Məstəliyevin xatirəsi anılıb

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Ordubadda qəzaya düşən şəxslərin vəziyyəti məlum olub - YENİLƏNİB

Qaradağda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb

Cavid Vəliyev: İdeoloji təhlükəsizlik milli suverenliyin və dövlətçilik dəyərlərinin qorunmasının mühüm tərkib hissəsidir

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

Ekspert: Azərbaycan və Ukrayna prezidentlərinin görüşləri əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir

Deputat: Geosiyasi təxribatlar çox vaxt xalqların psixologiyasını, mentalitetini və xarakterini dərindən öyrənməklə başlayır

Gülçin Zeynallı: Milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm işlər həyata keçirilir

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Bu saata olan əsas xəbərlər

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

Hulusi Kılıç: Gənc nəsilləri milli dəyərlərimizə sadiq ruhda yetişdirməliyik

Bahar Muradova: Azərbaycanda qlobal iqlim gündəliyinə verilən təkan Türkiyədə yeni qərarların alınmasına gətirib çıxarmalıdır

İqlim dəyişikliyi İndoneziyadakı meşə yanğınlarını daha da pisləşdirib

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Müdafiə Nazirliyi: Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

DİN: Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb

Britaniyalı ekspert: Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərin inkişafında mühüm mərhələdir

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib – FAKTİKİ HAVA

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO