Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

LAÇIN ŞƏHƏRİNİN 85 İLLİK YUBİLEYİ QEYD EDİLMİŞDİR

Bakı, 21 fevral (AZƏRTAC). Bakıda Laçın şəhərinin 85 illik yubileyi qeyd edilmişdir.

Mərasim iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoymuş, ulu öndərin xatirəsinə dərin ehtiramlarını bildirmişlər.

Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da məzarı üzərinə güllər düzülmüşdür.

Sonra laçınlılar Şəhidlər xiyabanına gedərək Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsini yad etmiş, məzarları üzərinə güllər qoymuşlar.

Baş nazirin müavini, Qaşqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun, Prezidentin İcra Aparatının məsul əməkdaşı Rövşən Ağayevin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın, Milli Məclisin deputatlarının, Səbail və köçkün rayonların icra hakimiyyətləri başçılarının, respublikanın tanınmış ziyalılarının iştirak etdiyi tədbirdə əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilmiş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbirin iştirakçıları “Mərdlik qalası Laçın” filminə baxmışlar.

“Laçın şəhərinin 85 illik yubileyi münasibətilə bir sıra şəxslərin təltif edilməsi haqqında” və “Laçın şəhərinin 85 illik yubileyi münasibətilə bir sıra şəxslərə fəxri adların verilməsi haqqında” Azərbaycan Respublikasi Prezidentinin 2009-cu il 19 fevral tarixli sərəncamları oxunmuşdur. Sərəncamlara əsasən 2 nəfər “Dövlət qulluğunda fərqlənməyə görə”, 3 nəfər “Tərəqqi” medalları ilə təltif edilmiş, 1 nəfər “Azərbaycan Respublikasının əməkdar müəllimi”, 2 nəfər “Azərbaycan Respublikasının əməkdar həkimi”, 2 nəfər “Azərbaycan Respublikasının əməkdar kənd təsərrüfatı işçisi” fəxri adlarına layiq görülmüşdür.

Rayon İcra hakimiyyətinin başçısı Ramiz Cəbrayılov çıxışında tarixə ekskurs edərək xatırlatmışdır ki, şəhər 1924-cü ilin əvvəllərində Azərbaycan İctimai Şura Cümhuriyyəti Mərkəzi İcraiyyə Komitəsinin katibi Tağı Şahbazi Simurqun təklifi əsasında Laçın adlandırılmışdır. Şübhəsiz ki, böyük yazıçı bu adı seçərkən yaxınlıqda yerləşən və el arasında”Laçın” adlandırılan dağın adını əsas götürmüşdür. Doğrudan da, dağ öz görünüşü etibarilə laçına çox oxşayır. Rayon Azərbaycan Respublikasının cənubi-qərbində yerləşir. Şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa və Xocavənd, cənubdan Qubadlı rayonu, qərbdən isə Ermənistan Respublikası ilə həmsərhəddir. Ərazisi 1835 kvadratkilometrdir. Rayonda 1 şəhər, 1 qəsəbə, 125 kənd vardı. Ərazinin 33205 hektarı, əsasən, palıd, ardıc, cökə, vələs, fısdıq və s. ağaclardan ibarət meşə zolağı, 72 min hektarı yaylaq sahələri, 1470 hektar isə meyvə bağları təşkil edirdi. Ərazi çay daşı, qum, gil, mərmər, civə, uran, kobalt, xrom, qızıl və dəmir filizi yataqları kimi faydalı qazıntılar ilə zəngindir. Burada 200-ə yaxın tarixi, mədəniyyət və memarlıq abidələri, onlarla kurqan, qala tipli və arxeologiya baxımından qiymətli olan tikililər vardır. Laçın təbii su mənbələri, Turşsu, İstisu və digər mineral bulaqları, saysız-hesabsız dərman bitkiləri, çox sayda ov heyvanları ilə məşhurdur.

İcra hakimiyyətinin başçısı vurğulamışdır ki, 1924-cü ildə yaradılmasına baxmayaraq, 1969-cu ilə qədər Laçın şəhərində cəmi bir küçə vardı. Şəhərin, eləcə də rayonun iqtisadi, sosial və mədəni inkişafı xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Azərbaycan KP MK bürosunun “Laçın rayonu zəhmətkeşlərinə mədəni-məişət xidmətlərini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” 1971-ci il 16 noyabr tarixli, Azərbaycan KP MK və Respublika Nazirlər Sovetinin “Dağ rayonlarının iqtisadiyyatını daha da yüksəltmək tədbirləri haqqında” 1971-ci il 16 noyabr tarixli, Azərbaycan KP MK Bürosunun “Laçın şəhərinin 50 illiyi haqqında” 1974-cü il 6 avqust tarixli qərarları, o cümlədən ucqar və dağlıq rayonlardan olan orta məktəb məzunlarının ali məktəblərə qəbulu zamanı bir sıra güzəştlərin tətbiq edilməsi və başqa tarixi sənədlər bilavasitə ulu öndərin adı ilə bağlıdır.

1974-cü ildə yuxarıda adı çəkilən qərara uyğun olaraq, Laçın şəhərinin 50 illiyinin respublika səviyyəsində qeyd olunması bu gün də laçınlılar tərəfindən dərin minnətdarlıq hissi ilə xatırlanır. Məhz həmin qərardan sonra Laçın şəhərində iri emal, kənd təsərrüfatı obyektləri istifadəyə verilmiş, təhsil, səhiyyə, mədəniyyət və digər müəssisələr üçün yeni binalar tikilmişdir. Laçın şəhərində böyük infrastruktur layihələri həyata keçirilmişdir. Dağ rayonu olmasına baxmayaraq, əhali fasiləsiz işıq, qaz, rabitə və digər xidmətlərlə təmin edilmişdir.

Ermənistanla Dağlıq Qarabağ arasında ən qısa və əlverişli yol buradan keçirdi. Ona görə də ermənilər həmişə Laçına yiyələnmək arzusunda olmuşlar. 1992-ci il may ayının 18-də Laçın o vaxtkı Azərbaycan rəhbərliyinin, başı hakimiyyət davasına qarışmış AXC-Müsavat cütlüyünün xəyanətinin qurbanı oldu. Laçının işğalı ilə Ermənistanla Dağlıq Qarabağ arasında birbaşa əlaqə yarandı. Bu isə digər rayonların işğalına şərait yaratdı.

R.Cəbrayılov ürəkağrısı ilə məlumat vermişdir ki, işğal nəticəsində Laçın şəhərində, Qayğı qəsəbəsində və 125 kənddə olan 13.745 fərdi ev, 48 sənaye, 63 kənd təsərrüfatı obyekti, 217 mədəni-maarif, 101 məktəb, 5 məktəbdənkənar, 2 məktəbəqədər müəssisə, 142 səhiyyə, 460 ticarət obyekti itirilmişdir. Ümumilikdə, rayona 7,1 milyard ABŞ dolları məbləğində ziyan dəymişdir. Rayonun 65 min nəfərlik əhalisi respublikanın 59 rayon və şəhərində müvəqqəti məskunlaşmışdır. Hazırda Bakı, Sumqayıt şəhərlərində, Taxtakörpü və məcburi köçkünlərin sıx məskunlaşdıqları digər ərazilərdə 8 xəstəxana, 86 həkim ambulatoriyası və feldşer-mama məntəqəsi fəaliyyət göstərir. Rayonun işğalından sonra Taxtakörpü və məcburi köçkünlərimizin sıx məskunlaşdıqları digər ərazilərdə 18 səhiyyə obyekti tikilib istifadəyə verilmişdir.

Bu gün 83 klub, mədəniyyət evi, 119 kitabxana, 2 muzey və 5 musiqi məktəbi öz fəaliyyətlərini uğurla davam etdirir. Musiqi məktəblərində təhsil alan şagirdlər bir çox respublika əhəmiyyətli tədbirlərdə və müsabiqələrdə iştirak edərək rayonumuzu layiqincə təmsil edirlər. Ötən il Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilmiş televiziya muğam müsabiqəsində rayonumuzun fəxri Ehtiram Hüseynov ikinci yerə çıxmışdır. Yeri gəlmişkən, yubiley ərəfəsində Laçın haqqında sənədli film çəkilmiş, kitab və foto-albom hazırlanmışdır.

Baş nazirin müavini Əli Həsənov, Milli Məclisin deputatı Sevindik Hətəmov, Füzulu rayon İcra hakimiyyətinin başçısı Nəbi Muxtarov, AMEA Coğrafiya İnstitutunun direktoru, Respublika Ağsaqqallar Şurasının sədri akademik Budaq Budaqov və başqaları laçınlıları yubiley münasibətilə təbrik etmişlər. Natiqlər əmin olduqlarını bildirmişlər ki, Azərbaycan Prezidenti İlham Əliyevin yeritdiyi siyasət uğurla nəticələnəcək, torpaqlarımız erməni işğalından azad ediləcək, məcburi köçkünlər doğma yurd-yuvalarına qayıdacaqlar.

Tədbir respublikanın tanınmış incəsənət ustalarının çıxışı ilə davam etmişdir.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

A Seriyası: "Roma" - "Yuventus" oyununda qalib müəyyənləşməyib

İspaniyada korrida üzrə milli mükafat ləğv edilib

Almaniyada hərbi zavodda yanğını ram etmək mümkün olmayıb

Zəhərli ilanların yaşayış arealı böyüyür

Gəmilərdə atom saatı quraşdırılacaq

Vyetnamda anomal istilər ekoloji fəlakətə səbəb olub

ADPU-nun Psixoloji-pedaqoji xidmət laboratoriyasında “Açıq qapı” günü keçirilib

Nazir: Rusiyanın enerji infrastrukturuna son hücum dalğası Ukraynaya 1 milyard dollardan artıq ziyan vurub

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisini göndərilib

Superliqa: "Qalatasaray" çempionluq yolunda vacib qələbə qazanıb

Hacıqabulda ağacəkmə aksiyası zamanı 200 yeni ting əkilib

Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq

İngiltərə Premyer Liqası: “Liverpul” “Tottenhem”i məğlubiyyətə uğradıb

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulub

Türkiyənin Pakistandakı səfiri İƏT Baş katibinin xüsusi nümayəndəsi təyin edilib

Premyer Liqa: “Sabah” “Araz-Naxçıvan”ı minimal hesabla məğlub edib

Dünya Kuboku: Qadınlar və kişilər arasında stend atıcılığının səngər növündə qaliblər bəlli olub

Xarkovun mərkəzi atəşə tutulub, yaralılar var

“Togg” Türkiyənin elektrik mühərrikli avtomobil bazarında lider olub

Quba Regional Elmi Mərkəzinin Kitabxanasının açılışı olub

“Zirə” Premyer Liqada ikinci pilləyə yüksəlib

Gürcüstanın pravoslav xristianları Pasxa bayramını qeyd edirlər

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib VİDEO

Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb

Avropa Kuboku: Azərbaycan gimnastı gümüş medal qazanıb

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı marafonu 2024” başa çatıb 

Sabunçuda arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxslə bağlı cinayət işi başlanılıb

Parisdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş tədbir keçirilib

Avropa Kuboku: Azərbaycanın qrup hərəkətləri komandası növbəti dəfə bürünc medal qazanıb

Sabunçuda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İstismar müddətini başa vurmuş Cavanşir körpüsü hərəkət iştirakçıları üçün təhlükə yaradır

Gürcü politoloq: Regionun inkişafı xarici amillərdən deyil, bizim birgə səmərəli əməkdaşlığımızdan asılıdır

Azərbaycan dövlətinin dəstəyi ilə İrpendə poliklinikanın əsaslı təmiri ilin sonunadək başa çatdırılacaq

Pasxa bayramı Qəbələnin Nic qəsəbəsində dini konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd edilib

Azərbaycanda mayın 6-na gözlənilən hava proqnozu

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib

“Qarabağ” klubu Nəriman Axundzadə ilə müqaviləni yeniləyib

Şəkidə ümumi orta təhsil səviyyəsi üzrə kolleclərə qəbul imtahanları iki mərkəzdə aparılıb

Ümumi orta təhsil bazasında növbəti imtahanlar təşkil edilib

DİM bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib

Avropa Kuboku: Azərbaycan gimnastı lentlə hərəkətlərdə dördüncü olub

“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Gəncədəki Rus Pravoslav Kilsəsində Pasxa bayramı qeyd olunub

Qazaxıstanlı velosipedçi: Bakıda mənə göstərilən mehriban münasibəti heç vaxt unutmayacağam

Hərbi Hava Qüvvələrinin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib

Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb

Göyçayda avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb

Akademik Murtuza Nağıyevin anadan olmasından 116 il ötür

Mayın 5-i Həkim-Mama Günüdür

ABŞ-da Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub VİDEO

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür

Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər VİDEO

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər VİDEO

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır