Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Ölkənizin müstəqilliyinin 103-cü ildönümü – Respublika Günü münasibətilə bütün Laos xalqı adından və şəxsən öz adımdan Zati-alinizə və bütün Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.

Əminəm ki, Laos Xalq Demokratik Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq münasibətləri və əməkdaşlıq xalqlarımızın rifahı naminə daha da möhkəmlənəcək və inkişaf edəcəkdir.

Zati-aliləri, Sizə ən dərin ehtiramımı bildirirəm.

 

Thonqlun Sisulit

Laos Xalq Demokratik Respublikasının

Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin