RƏSMİ SƏNƏDLƏR
Laos Xalq Demokratik Respublikasının Prezidenti Zati-aliləri cənab Bounyanq Voraçitə
Hörmətli cənab Prezident,
Laos Xalq Demokratik Respublikasının milli bayramı - Respublika Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından təbriklərimi yetirirəm.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Laos xalqına sülh və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 noyabr 2019-cu il.