Azərbaycan Dövlət İnformasiya Agentliyi

Laos Xalq Demokratik Respublikasının Prezidenti Zati-aliləri cənab Çoummali Sayasoneyə

Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı - Respublika günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Laos arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı və möhkəmlənməsi bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Laos xalqına əmin-amanlıq və firavanlıq diləyirəm.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 28 noyabr 2014-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin