Azərbaycan Dövlət İnformasiya Agentliyi

LAOS XALQ DEMOKRATİK RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB KHAMTAY SİPHANDONA

Hörmətli cənab Prezident, 

Laos Xalq Demokratik Respublikasının milli bayramı - Respublika elan edilməsi günü münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.

Ümidvaram ki, ölkələrimiz arasında artan əlaqələr xalqlarımızın mənafeyinə xidmət edən qarşılıqlı surətdə faydalı əməkdaşlıq üçün geniş yollar açacaqdır.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə əmin-amanlıq və tərəqqi arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 noyabr 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin