Laosda 50-dən çox Budda heykəli tapılıb
Bakı, 9 aprel, AZƏRTAC
Laosun şimalında qazıntı zamanı 51 ədəd Budda təsvirli heykəllər aşkarlanıb.
AZƏRTAC “Lao Phattana News” saytına istinadla xəbər verir ki, heykəllərin dəqiq yaşı və mənşəyi məlum olmasa da, mütəxəssislər onların bir neçə yüz il əvvələ aid ola biləcəyini ehtimal edirlər.
Aprelin 2-də tapılan heykəllər təhlükəsizlik mülahizələrinə əsasən, Laosun paytaxtı Vyentyandan təxminən 180 kilometr şimal-şərqdə kənd ofisinə yerləşdirilib. Laos İnformasiya, Mədəniyyət və Turizm Nazirliyinin rəsmiləri heykəllərin tapıldığı qazıntı sahəsinə baxış keçirəcək.
Qeyd edək ki, mart ayında Bokeo əyalətinin şimalındakı Tonfeunq rayonunda da yaşı və mənşəyi məlum olmayan 200-dən çox Budda heykəli aşkarlanmışdı. Ərazidə qazıntılar davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [21:56]
Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib
- 16.10.2026 [21:26]
BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb
- 16.10.2026 [19:07]
Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər
- 16.10.2026 [19:07]
Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir
- 16.10.2026 [18:23]
Çexiyada Senata seçkilərin ikinci turu keçirilir
- 16.10.2026 [18:19]