Latviya Avtomobil Federasiyasının mütəxəssisləri Formula 1-də hakim kimi çalışır
Riqa, 27 aprel, AZƏRTAC
Latviya Avtomobil Federasiyasının mütəxəssisləri Formula 1 SOCAR Azərbaycan Qran-Prisində hakim kimi iştirak edir.
AZƏRTAC xəbər verir ki, bu barədə Latviya Avtomobil Federasiyasının texniki xidmət üzrə rəhbəri Qirt Auzinş yerli mətbuata açıqlamasında bildirib. O, federasiya üzvlərinin Formula 1 Azərbaycan Qran-Prisində hakim kimi çalışmaqlarından məmnun olduğunu söyləyib.
Latviyalı mütəxəssis yarışlar və Bakı şəhər halqası haqqında müsbət fikirlər səsləndirib. Qeyd edib ki, artıq dördüncü dəfədir keçirilən Formula 1 ötən illərdə yüksək səviyyəli təşkilatçılıq və maraqlı mübarizəyə imkan verən treklə yadda qalıb.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [14:07]
Azərbaycan millisinin futbolçusu zədəsinin müalicəsi üçün Madridə yollanıb
- 09.06.2026 [11:59]
Azərbaycanın U-17 yığması Qəbələdə növbəti yoxlama oyununu keçirəcək
- 09.06.2026 [11:32]
NBA: “San-Antonio Spörs” final seriyasında önə keçib
- 09.06.2026 [10:41]