Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Latviya Respublikasının Prezidenti Raymonds Veyonisdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri,

“Günəşli” neft yatağındakı platformada dəhşətli yanğın nəticəsində insanların həlak olması ilə əlaqədar Sizə və bütün Azərbaycan xalqına Latviya xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verirəm.

Bizim ürəklərimiz həlak olan insanların ailələri ilə birlikdədir və xəsarət alanların tez bir zamanda sağalmasını arzu edirik.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

 

Hörmətlə,

Raymonds Veyonis

Latviya Respublikasının Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin