Azərbaycan Dövlət İnformasiya Agentliyi

Latviyanın “Yunayted Oyls” şirkətinin idarə heyətinin sədri Ceyhun Zalovdan

Möhtərəm cənab Prezident,

İcazə verin, doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edim. Sizə möhkəm cansağlığı, uzun ömür və Azərbaycanın inkişafı yolunda böyük uğurlar arzu edirəm. Siz Azərbaycan xalqının şanlı oğlu kimi doğma Vətəndən uzaqda yaşayan biz azərbaycanlılar üçün qürur və vətənpərvərlik rəmzi, habelə Azərbaycan dövlətində iqtisadi və siyasi sabitliyin təminatçısısınız. Biz Sizinlə fəxr edirik. Sizin hər bir çağırışınıza səs verməyə, hər bir tapşırığınızı yerinə yetirməyə daim hazırıq. Sizə bütün işlərinizdə müvəffəqiyyət arzu edirəm.

Hörmətlə,

Ceyhun Zalov

Latviyanın “Yunayted Oyls” şirkətinin

idarə heyətinin sədri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin