İQTİSADİYYAT
Ləğvetmə prosesində olan bankların əmlaklarının satışı hərraclar vasitəsilə həyata keçiriləcək
Bakı, 18 aprel, AZƏRTAC
Ləğvetmə prosesində olan bankların əmlaklarının satılması prosesi şəffaf şəkildə hərraclar vasitəsilə həyata keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat verən Azad Cavadov qeyd edib ki, həmin bankların əmlaklarının qiymətləndirilməsi prosesi başa çatıb. Ləğvetmə prosesində olan bankların kifayət qədər əmlakı var ki, bunların da əksəriyyəti kiçik əmlaklardır. Əmanətlərin Sığortalanması Fondu hazırda iki hərrac mərkəzi ilə danışıqlar aparır. Məhkəmə qərarından sonra ləğvetmə prosesində olan bankların əmlakları satışa çıxarılacaq. Hərracları Kreditorlar Komitəsi də izləyəcək. Fond hərraclar vasitəsilə satışa çıxarılan əmlaklar barədə rübdə bir dəfə Kreditorlar Komitəsinə məlumat verəcək.