REGİONLAR
Lənkəran Dövlət Universitetində tyutor hazırlığı təlimi başa çatıb
Ləkəran, 28 iyul, Bağır Əliyev, AZƏRTAC
Lənkəran Dövlət Universitetində (LDU) keçirilən tyutor hazırlığı təlimi başa çatıb.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə ali təhsil ocağındakı Heydər Əliyev Muzeyində mərasim keçirilib. Təlimi başa vuran gəncləri təbrik edən universitetin rektor əvəzi, riyaziyyat elmləri doktoru, professor Natiq İbrahimov onların ali təhsil ocağında işlə təmin olunacaqlarını bildirib.
Digər çıxışlarda da qeyd olunub ki, yeni sistem “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun həyata keçirilir.
Tyutorları tələbələrin akademik məsləhətçisi adlandıran Dövlət Gömrük Akademiyasının tədrisin təşkili və tyutor xidməti şöbəsinin rəisi Kəmalə Xəlilova təlimin nəticələrindən və onun əhəmiyyətindən danışıb. O, tyutor təliminin ən müasir, interaktiv üsullarla aparıldığını bildirib.
Sonda tyutor hazırlığı təlimini başa vurmuş 12 iştirakçıya sertifikatlar verilib.