MƏDƏNİYYƏT
Lənkəran Şəhər İcra Hakimiyyəti arxivə 130-dan çox sənəd təhvil verib
Bakı, 21 iyul, AZƏRTAC
Lənkəran Şəhər İcra Hakimiyyəti tərəfindən Dövlət Kino-Foto Sənədləri Arxivinə daimi saxlanılmaq məqsədilə 135 fotosənəd, bir kinosənəd təhvil verilib.
İdarədən AZƏRTAC-a bildirilib ki, kino və fotosənədlər dövlət müstəqilliyi illərində rayonda görülən quruculuq işlərini, Şəhər İcra Hakimiyyətinin fəaliyyətini, Prezident İlham Əliyevin Lənkərana səfərlərini, rayondakı dövlət orqanlarının və təşkilatlarının fəaliyyətini, o cümlədən son illər bərpa olunmuş çay plantasiyalarını, sitrus bağlarını, yeni istifadəyə verilmiş hava limanını, meyvə-tərəvəz kombinatını, Heydər Əliyev xatirə parkını, yeni tikilmiş yaşayış binalarını, uşaq evlərini, məktəbləri, əsaslı təmir olunmuş mərkəzi xəstəxananın binasını, Lənkəran Dövlət Universitetinin yeni tikilmiş tədris-istehsalat korpuslarını, Lənkəran Regional Diaqnostik Mərkəzi, dəmir yol vağzalını, yenidən qurulmuş avtomobil yollarını, məhkəmə binasını, turizm obyektlərini, otelləri, parkları, tarix-diyarşünaslıq muzeyinin əsaslı təmir olunmuş binasını, Həzi Aslanov parkının yenidən qurulmasını əks etdirir.
Hazırda arxivdə sənədlərin Milli Arxiv Fonduna qəbulu rəsmiləşdirilir. Hər bir sənəd haqqında müfəssəl məlumat bazası hazırlanır.