Lənkəranda bıçaqlanma hadisəsi baş verib
Lənkəran, 8 oktyabr, İlkin Adıyev, AZƏRTAC
Lənkəranda qardaş qardaşa kəsici-deşici alətlə xəsarət yetirib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Lənkəran rayonunun Liman şəhər sakini, 2003-cü il təvəllüdlü Camal Fərhad oğlu Abdullayev sol döş qəfəsinin və qarın boşluğunun kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub. O, dərhal əməliyyata alınıb.
İlkin məlumata görə, Camal Abdullayev qardaşı tərəfindən bıçaqlanıb.
Hazırda hadisənin başvermə səbəbləri araşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.05.2026 [19:27]
Zaqatalada irsi qan xəstəliklərindən əziyyət çəkənlər üçün xeyriyyə aksiyası
- 21.05.2026 [19:22]
Doğma yurda qayıdan sakinlər Ağdam Sənaye Parkında işlə təmin olunurlar
- 21.05.2026 [19:07]